Əsas Səhifə > Güney Press / Ana xəbər > Astara təhsilindəki böhranlı duruma rəsmi reaksiya verildi
Astara təhsilindəki böhranlı duruma rəsmi reaksiya verildi24-10-2014, 14:43 |
|
“Jurnalistləri Astaraya dəvət edirik, gəlsinlər, görsünlər ki, həqiqətən Astarada “təhsil diktaturası” hökm sürür, yoxsa yox. Heç nəyi görmədən, araşdırmadan təhdid xarakterli materialların mətbuatda yayımı yolverilməzdir”. Bu sözləri Editor.az-a açıqlamasında Astara rayon İcra Hakimiyyəti başçısının müavini Kamil Kamilov söyləyib. Xatırladaq ki, bir sıra mətbuat orqanlarında Astara rayon Təhsil şöbəsində ciddi yeyintilərə yol verildiyi, bu yeyintilərin arxasında rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin dayandığı barədə informasiya yayılıb. Qeyd olunur ki, Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova orta məktəb direktorlarını müxtəlif maliyyə maxinasiyalarına şərik etsə də, nəticədə özündən başqa heç kimə heç nə çatmır. Rayon Təhsil şöbəsiylə “Folreniya MMC” arasında gizli razılaşma olduğu, məktəblilərə zor gücünə bahalı idman formaları satıldığı da iddia olunanlar arasındadır. Editor.az-a danışan rayon İcra Hakimiyyəti başçısının müavini Kamil Kamilov isə yayılan məlumatları təkzib edir: “Astara Azərbaycanın ən sakit rayonlarından biridir. Təhsil şöbəsi biznes qurumu deyil ki, idman forması satmaqla məşğul olsun. Bu yazını yazan, yayan, sifarişini alan mətbuat orqanların əməkdaşları bir dəfə yolunu Astaradan salsınlar. Görsünlər ki, belə bir şey olub, yoxsa olmayıb. Mən rayon İcra Hakimiyyətinin rəsmisi olaraq bu iddiaları rədd edirəm. Rayonda belə bir şey olmayıb. Bu sadəcə qərəz və təhdiddir”. Geri qayıt |