Əsas Səhifə > Güney Press / Ana xəbər > “Türk-Amerikan" klinikası lisenziyasız fəaliyyət göstərir?

“Türk-Amerikan" klinikası lisenziyasız fəaliyyət göstərir?


23-10-2014, 16:16
“Türk-Amerikan" klinikası lisenziyasız fəaliyyət göstərir?
Ötən gün Aktual.az-da “TÜRK-AMERİKAN" klinikasında həkim "alveri" - ŞİKAYƏT" başlıqlı yazı getmişdi.

Xanım jurnalist Cəlalə Nəzəroğlu Aktual.az-a göndərdiyi müraciətində klinikada hüquqlarının pozulması və özbaşınalıqlar barədə yazmışdı.

Məsələ ilə bağlı klinikanın mövqeyini öyrənmək üçün dəfələrlə zəng etdik. Təəssüflər olsun ki, direktor Ramiz Əliyevi yerində tapa bilmədiyimiz üçün münasibət öyrənə bilmədik.

Aktual.az olaraq “Türk Amerikan Medical Centre”lə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, klinika lisenziyasız fəaliyyət göstərirmiş. Səhiyyə Nazirliyinin internet saytında nazirlik tərəfindən lisenziya verilən özəl müalicə profilaktika müəssisələrinin siyahısı dərc olunb. Məlumata görə siyahı təzəliklə yenilənib. “Türk Amerikan Medical Centre”in adının siyahıda qeyd olunmaması onun lisenziyasız fəaliyyət göstərməsindən xəbər verir.
Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Aktual.az-a bildiriblər ki, məsələni araşdırdıqdan sonra açıqlama veriləcək.


“Türk-Amerikan" klinikası lisenziyasız fəaliyyət göstərir?
Geri qayıt