Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanlı milyarderin tək ümidi Kremldir
Azərbaycanlı milyarderin tək ümidi Kremldir22-10-2014, 17:12 |
|
Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “Lukoyl”a mənfi təsirini göstərməyə başlayıb. Axar.az xəbər verir ki, artıq şirkət gəlirlərinin azalması ucbatından Milli Rifah Fonduna müraciət etməyi nəzərdə tutub. Məlumatda həmçinin Qərbin sanksiyalarının, sonuncu dəfə isə Rumıniyada “Lukoyl”un neft emalı zavodunun bağlanmasının şirkətin gəlirlərinə çox pis təsir etdiyi bildirilib. Şirkətin vitse-prezidenti Leonid Fedun da “İnterfaks”a verdiyi açıqlamasında fonda müraciət edəcəklərini deyib. O, hər kəsin Milli Rifah Fonduna müraciət edəcəyi halda “Lukoyl”un da bu şansından istifadə edəcəyini söyləyib. Geri qayıt |