Əsas Səhifə > Güney Press / Ana xəbər > YAP-ın Oğuz təşkilatının sədrindən Ramiz Mehdiyevə şikayət

YAP-ın Oğuz təşkilatının sədrindən Ramiz Mehdiyevə şikayət


21-10-2014, 14:58
YAP-ın Oğuz təşkilatının sədrindən Ramiz Mehdiyevə şikayət
YAP Oğuz rayon təşkilatının bir qrup üzvü В«TəzadlarВ»a inanılmaz şikayət məktubu göndərib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və hazırda Baş nazirin müavini olan Əli Əhmədova ünvanlı məktubda YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov sərt tənqid atəşinə tutulur, onun Musavatçı olduğu illərdən ta indiyə kimi rayonda törətdiyi hərəkətlərdən, keçmiş RİH başçıları-Kamil Rəhimovun, Adil Məmmədovun… dövründə indiki RİH başçısı Eyvaz Qurbanovun dövrünədək, baş vermiş olaylardan geniş bəhs olunur, S.Məhərrəmovun YAP-ın adına necə hörmətsizlik gətirməsi, ticarətçilik və bu obyektlərin sahiblərindən pul yığdırması, RİH-dən hansısa sərəncamın surətini götürənlərdən pul alması və s. kimi neqativ hadisələrdən bəhs edilir.
Məktub olduqca böyük olduğundan və ciddi ittihamlar səsləndirildiyindən əvvəlcə qarşı tərəfin mövqeyini öəyrənmək üçün Oğuz RİH-nin ümumi şöbəsinin rəsmi saytda göstərilən telefonlarına dəfələrlə zəng etsək də Saleh Məhərrəmovun telefonu cavab vermədi. Qəbul otağından isə onun kabinetində olduğunu bildirdilər. Lakin təkrar cəhdlərimiz yenə də nəticə vermədi.
Hazırda qeyd olunan В«Açıq məktubВ» çapa hazırlanır və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
В«TəzadlarВ»

Geri qayıt