Əsas Səhifə > Güney Press / Ana xəbər > AMEA-nın mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı

AMEA-nın mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı


20-10-2014, 12:00
AMEA-nın mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov tutduğu vəzifədən azad edilib.

Axar.az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin oktyabrın 15-də keçirilən iclasında qəbul olunmuş qərarla İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi yaradılıb.

Şöbənin rəhbəri Səid Hüseynov tutduğu vəzifədən azad edilib və işləmək üçün Geologiya İnstitutuna göndərilib.

Axar.az-ın əldə etdiyi məlumata görə, yeni yaradılmış idarəyə Zülfüqar Fərzəliyev təyin olunub.

Zülfüqar Fərzəliyev bundan öncə "Elm" qəzeti və "Elm və həyat" jurnalının baş redaktoru vəzifəsini icra edib.

Qeyd edək ki, işdən çıxarılan Səid Hüseynov bu vəzifəyə ötən ilin iyununda təyin edilmişdi.

Geri qayıt