Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda 19 yaşlı qız atasına SMS göndərdi: “Məni qaçırıblar"

Bakıda 19 yaşlı qız atasına SMS göndərdi: “Məni qaçırıblar"


17-10-2014, 12:17
Bakıda 19 yaşlı qız atasına SMS göndərdi: “Məni qaçırıblar"
Bakıda tələbə qızın atasına yazdığı SMS onu polisə aparıb.

Dünən Azərbaycan Texniki Universitetinin 19 yaşlı tələbəsi A.N. dərsə getmək adı ilə evdən çıxıb. Dərs vaxtı günorta saatlarında başa çatsa da, tələbə qızdan xəbər çıxmayıb.

Təxminən saat 16 radələrində atasının mobil telefonuna qızın nömrəsindən SMS gəlib: “Ata, məni qaçırıblar”. Bundan sonra onun atası Ramiz Nuriyev Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinə müraciət edib.

Hazırda qızın tapılması istiqamətində axtarışlara başlanılıb.

Faktla bağlı araşdırma aparılır.Milli.az

Geri qayıt