Əsas Səhifə > Güney Press / Ana xəbər > Zorlamaya görə axtarılan Piriyev redaktoru zorlama ilə hədələdi

Zorlamaya görə axtarılan Piriyev redaktoru zorlama ilə hədələdi


16-10-2014, 14:28
Zorlamaya görə axtarılan Piriyev redaktoru zorlama ilə hədələdi
Rusiyanın Novosibirsk vilayətinin Barabinsk şəhərində zorlamaya görə axtarışda olan Azərbaycan vətəndaşı onun barəsində xəbər yayan yerli saytın redaktoruna zəng edərək ölümlə hədələyib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə hədələnən redaktor yerli NDN.info saytına açıqlamasında bildirib.

Redaktorun sözlərinə görə, oktyabrın 15-də gündüz redaksiyaya zəng edən azərbaycanlı onu “seksual murdarlıqlar və qətllə” hədələyib.

Zorlamaya görə axtarılan Piriyev redaktoru zorlama ilə hədələdi

“Onun dediklərindən belə başa düşdük ki, barəsində zorlama ittihamı ilə axtarış elan olunduğuna dair yayılan xəbərə görə zəng edib” - deyə “Provinsialnaya Sibir” adlı saytın rəhbəri bildirib.

Azərbaycan vətəndaşı Xanəli Nuruş oğlu Piriyevin Barabinskdə zorlamaya görə axtarışa verilməsi haqda xəbəri Rusiya İstintaq Komitəsinin regional idarəsinə istinadən bir neçə yerli sayt dərc edib. Hədələnən redaktor deyir ki, ona zəng edən şəxs məhz Piriyev idi.

Bu hədədən sonra redaksiyaya daha bir şəxs zəng edib, özünü Xanəlinin atası kimi təqdim edib və redaktoru söyməyə, hədələməyə başlayıb.

“Dedi ki, məni, anamı, bütün qohumlarımı, tanışlarımı, tanışlarımın tanışlarını, prinsipcə bu axtarış haqda yazanları və onu oxuyanları zorlayacaq, üstəlik məni öldürəcək” - deyə sayt rəhbəri bildirib.

Redaktor azərbaycanlılar tərəfindən hədələndiyi barədə polisə şikayət edib, zəng olunan mobil telefon nömrələrini müstəntiqlərə verib.

“Anlamırıq ki, o, nəyə görə məlumatı yayan İstintaq Komitəsinə yox, bizə zəng edir” - deyə redaktor bildirib.

Geri qayıt