Əsas Səhifə > Güney Press / Ana xəbər > İŞİD-in aldatdığı avropalı qızların faciəli həyatları

İŞİD-in aldatdığı avropalı qızların faciəli həyatları


15-10-2014, 11:21
İŞİD-in aldatdığı avropalı qızların faciəli həyatları
FaktXəbər-in Euronews-a istinadən verdiyi məlumata görə, İŞİD teror təşkilatı bir çox millətdən olan gəncləri aldadaraq sıralarına qatır. Avropadan və başqa ölkələrdən İŞİD-ə qoşulan gənc qızlar qarşıdurmalarda ən yaxşı döyüşən terrorçularla evləndirirlər. Səhranın anası Severine Mehenni internet vasitəsilə sosial şəbəkələrdən cihada çağırış təsirli şəkildə istifadə edildiyini söyləyir:

"Bu psixoloji bir cazibədir. Fikirləri ilə Səhranın beynini nə qədər yudular bilmirəm. Qızım internetdə çox vaxt keçirirdi."

Səhra ən son Fransanın cənubundakı bir qatar stansiyasında təhlükəsizlik kameraları tərəfindən görüntülənmişdi. Onun anası hər şeyə baxmayaraq qızının evə gəlməsini istəyir: "Ümidimi hər vəziyyətdə qoruyuram. Qızımın evə geri dönməsi üçün əlimdən nə gəlirsə edərəm. Ancaq evə döndüyündə bu səfər Fransa hökuməti ilə bir döyüş başlayacaq. Qızım bir terrorist olaraq sorğulanacaq. "

Digər acı hekayə Fuadın bacısı Nuranın hekayəsidir. Bacısı ilə telefonda danışanda geri dönmək istədiyini söyləyib. Fuad Suriyaya gedərək bacısını tapır. Onu geri gətirmək istəsə də, ancaq İŞİD-çilər buna icazə vermirlər. Fuad bacısının oradakı vəziyyətindən danışır: "Çox pis bir vəziyyətdə idi. Normalda bədəni məndən daha tünd rənglidir, amma onu ağappaq gördüm. Durmadan ağlayıb başını divara vururdu. "

Qeyd edək ki, baş nazir Manuel Valls 580 fransız vətəndaşının İŞİD tərəflərində döyüşdüyünü açıqlamışdı.



Geri qayıt