Əsas Səhifə > Güney Press / Ana xəbər > ARDNŞ şefi mükafat alan işçiləri nədən ixtisara salıb?
ARDNŞ şefi mükafat alan işçiləri nədən ixtisara salıb?14-10-2014, 10:29 |
![]() Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və “Abşeron Qazma Şirkəti” MMC-nin Azərbaycan vətəndaşı olan 46 nəfəri işdən azad etməsi barəsində məlumat vermişdik. Aldadılaraq işdən azad olunduğunu deyənlər ARDNŞ-ə və Prezident Adminitrasiyasına müraciətlər etsələr də, müraciətlər cavabsız qalıb. Bu barədə məlumatı “Bizim Yol” qəzetinin əməkdaşına həmin 46 nəfərdən biri olan Elşən İsayev bildirib. E.İsayevin sözlərinə görə, onları aldadaraq yeni müqaviləyə imza atdırıblar. Yeni müqaviləyə əsasən isə onların iş müddəti sentyabr ayında bitir. Müraciətlərinə cavab verilməyən vətəndaşların öz hüquqlarını bərpa etmələri üçün bir yolları var. Onlar məhkəmə vasitəsi ilə öz hüquqlarını bərpa etmək istəyirlər. E.İsayev bildirir ki, işdən azad olunmuş 46 nəfərlə 2014-cü il martın 3-də bir illik müqavilə bağlanıb: “Biz “Ümid” platformasında çalışırdıq. İki quyu qazmışıq. Həmin quyular yüksək göstəricilərlə işləyirlər. Bizi buna görə mükafatlandırıblar da. Bizim işdən çıxarılmağımızın səbəbi bizə məlum deyil”. İşdən azad olunan 46 nəfərin sırasında qazmaçı, elektirik, maşinist, mühəndis və başqa mütəxəsislər olub. Qəzetin mövzu ilə bağlı ARDNŞ-ın Hüquq İdarəsinin rəis müavini Şahin İsmayılbəylidən münasibət öyrənmək cəhdləri baş tutmayıb. Geri qayıt |