Əsas Səhifə > Güney Press / Ana xəbər > PKK terrorçuları Türkiyədə xəstəxanada müalicə olunurmuşlar

PKK terrorçuları Türkiyədə xəstəxanada müalicə olunurmuşlar


13-10-2014, 12:56
PKK terrorçuları Türkiyədə xəstəxanada müalicə olunurmuşlar
PKK terror təşilatının 2 "ölüm maşını" Türkiyədə saxlanılıb.

ANS PRESS-in məlumatına görə, Suriyada özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatına qarşı döyüşlərdə yaralanan PKK-çıların Türkiyədəki xəstəxanalarda müalicə olunduğu məlum olub.

Diyarbəkir təhlükəsizlik orqanları faktı araşdırmaq üçün əməliyyata başlayıb. Məlum olub ki, Kobanidə İŞİD-ə qarşı qarşıdurmalarda yaralanan PKK üzvlərindən 2-i saxlanılıb.

PKK terror təşkilatının Hakkari bölgəsi üzrə məsul şəxsi, "Rizgar" ləqəbli Salman Atəş Diyarbəkirdə, Diyarbəkir bölgəsi üzrə məsul şəxs, "Sofi" ləqəbli Səlahəddin Dilək isə Şanlıurfada həbs edilib.

Qeyd edək ki, adı çəkilən terrorçular bir çox terror aktının təşkilində iştirak edib.

Geri qayıt