Əsas Səhifə > Güney Press > Aygün Kazımova hər kəsi Azadlıq metrosuna çağırdı

Aygün Kazımova hər kəsi Azadlıq metrosuna çağırdı


13-10-2014, 12:21
Aygün Kazımova hər kəsi Azadlıq metrosuna çağırdı
Pərəstişkarları ilə görüşmək istəyən Xalq artisti Aygün Kazımova onunla görüşmək arzusunda olan pərəstişkarlarına şans verdi.

ANS PRESS-in məlumatına görə, xalq artisti bunun üçün maraqlı addım atıb. Onun adına açılan sosial şəbəkələrdə Aygünsevərlərə çağırış edilib.

"Aygün Kazımova ilə görüşmək istəyənlər, Aygün sevərlər, gözünüz aydın! İstənilən kəs Aygün Kazımova ilə görüşüb bolluca şəkil çəkdirə biləcək. Aygün xanım şəxsən özü hər birinizi görüşə dəvət edir. Bunun üçün saat 11:30-da Azadlıq metrosunun qarşısında olmaq lazımdır".

Yetərincə pərəstişkarı olan Kazımova ilə görüşmək istəyənlər artıq toplaşıblar.

Görüş Azadlıq metrosunun yaxınlığında yerləşən şadlıq saraylarının birində reallaşacaq.

Geri qayıt