Əsas Səhifə > Güney Press / Ana xəbər > Suriyada vuruşan daha iki azərbaycanlı öldürüldü

Suriyada vuruşan daha iki azərbaycanlı öldürüldü


10-10-2014, 12:36
Suriyada vuruşan daha iki azərbaycanlı öldürüldü
Suriyada daha iki azərbaycanlı öldürülüb.

Lent.az-ın Suriyada vuruşan silahlı qruplaşmalara məxsus saytlardan əldə etdiyi məlumata görə, öldürülən azərbaycanlılardan biri “İslam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan “Əbu Abdu-Rauf Əl-Azəri” ləqəbli Azərbaycan vətəndaşı Seymur Topçubaşovdur.O, ABŞ Hərbi-Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində ölüb.

S. Topçubaşov “İslam Dövləti” silahlı qruplaşmasında top-artilleriya taqımının komandiri olub.

Suriyada öldürülən digər azərbaycanlı isə “Abu Sureyya” ləqəbli Sumqayıt sakinidir. Onun əsl adı açıqlanmır.

Geri qayıt