Əsas Səhifə > Güney Press / Ana xəbər > Quba icra hakimiyyətinin başçısı su biznesinə girişib

Quba icra hakimiyyətinin başçısı su biznesinə girişib


10-10-2014, 10:57
Quba icra hakimiyyətinin başçısı su biznesinə girişib
Qubanın icra başçısı Mübariz Ağayev digər həmkarlarından fərqli olaraq, içməli su biznesinə girişib. JAM.AZ xəbər verir ki, bu barədə rayon sakinləri məlumat veriblər.
Məlumatda deyilir ki, icra başçısı Qubanın kəndlərində məqsədli şəkildə süni içməli su problemi yaradır, ardından isə əhaliyə su satdırır. Belə ki, indiyə qədər rayon əhalisinin içməli su ilə təmin olunması üçün ayrılmış pulların nəyə sərf olunduğu belə məlum deyil. Amma Qubanın Zərdabi qəsəbəsinin sakinləri susuzluqdan dad-haray çəkirlər.
Təbii ki, belə bir vəziyyət Mübariz Ağayevə sərf edir. Çünki içməli suya ehtiyacı olan kəndlərin sakinləri bunu almalıdırlar. Almaq istədiklərində isə məcbur olub icra başçısının şirkətinə baş vurmalıdırlar. JAM.AZ xəbər verir ki, Ağayevin yaratdığı susatan şirkətin adı В«Şimşək LTDВ»dir. Bu şirkət bulaqlardan suyu platik qablarda əhaliyə satır. Bir maşın içməli suyun qiymətinin 10 manat olduğu deyilir. Şirkət üstəlik onlara su çənləri də satır ki, bu da ikiqat qazancdır.
Dəqiqləşdirmələrə görə, В«Şimşək LTDВ» şirkətinin su çənləri istehsal edən böyük sexi var və o Bakının Keşlə qəsəbəsində fəaliyyət göstərir. Xatırladaq ki, Quba təbii su ehtiyatlarına görə Azərbaycanın ən zəngin rayonlarından biridir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt