Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısı toyuq damı tikənlərdən də haqq istəyir
İcra başçısı toyuq damı tikənlərdən də haqq istəyir9-10-2014, 11:42 |
![]() Masallı rayonu, Ərkivan qəsəbəsinin Miyondi məhəlləsində yaşayan Kazımov Elxan Dəmir oğlu qəribə vəziyyətlə üzləşib. JAM.AZ-a bu barədə məlumat verən Elxan Kazımov bildirir ki, Masallı İcra Hakimiyyətinin başçısının adından ondan həyətində toyuq damı tikdiyi üçün rüşvət istəyirlər. Belə ki, şəxsi həyəti yoldan xeyli aralı olan və heç bir artırma edilmədən inşa etdiyi ümumi sahəsi 50 kvadrat metr olan toyuq damını tikərkən ona Masallı İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin işçisi Abbas adlı şəxs yaxınlaşıb. В«Abbas mənə bildirdi ki, icra başçısı Rafil Hüseynovdan xəbərsiz tikinti işləri aparmaq qadağandır. Çünki icra başçısına hər bir tikilidən haqq çatmalıdır. Ona görə də, 50 kvadrat metrlik toyuq damı tikdiyimə görə 3000 manat verməliyəm. Guya, bu pul icra başçısına çatan haqqdırВ». Elxan Kazımov qeyd edib ki, Abbasla bu məsələdə razılaşmadıqdan sonra yenidən danışıqlar aparmalı olublar. В«Abbas növbəti dəfə mənim yanıma gələndə bildirdi ki, icra başçısı ilə danışıb və ondan qiyməti aşağı salmağı xahiş edib. O da mənimlə eyni kənddən olduğumu nəzərə alaraq, tələb olunan 3000 manatın 1500 manatını çıxıb. Yerdə qalan 1500 manatı isə verməyimi tələb edib. Mən bu pulu da verməkdən imtina etdim. Və bildirdim ki, öz həyətimdə toyuq damı tikmək qanuni haqqımdır və bunun kimsəyə aidiyyatı yoxdur. Belə olanda Abbas mənə dedi ki, bu işin altından çıxa bilməyəcəmВ». Ərkivan sakini JAM.AZ-a bildirib ki, Abbas hətta ona bildiribmiş ki, 1500 manatı icra başçısına verdikdən sonra 500 manat da bələdiyyəyə verilməlidir. В«Bunun hansı qanunla, qaydayla edildiyini bilmədim. Hətta hüquqşünaslara da müraciət etdim, onlar da məəttəl qaldılarВ». İşin maraqlı tərəfi odur ki, Masallı İcra Hakimiyyəti öz adından Elxan Kazımova cərimə etdirib. Daha doğrusu, sözügedən dövlət qurumu Ərkivan sakininə В«qeyri-qanuni tikinti işləri apardığıВ» üçün 500 manat cərimə yazıb. В«Həmin məktubda bir sürü maddədən bəhs olunur. Axırda da yazılır ki, Masallı İcra Hakimiyyətinin xəbəri olmadan tikinti işləri apardığıma görə, 500 manat cərimə olunuram. Öz həyətyanı sahəmdə tikinti işləri aparmaq nə zamandan qeyri-qanuni iş olub? Mən hansı əsasla 500 manat cərimə olunmuşam? Mən həmin pulu ödəmək niyyətində deyiləm. Ona görə də, Masallı İcra Hakimiyyətini qanunsuz hərəkətlərinə görə məhkəməyə vermişəmВ». Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |