Əsas Səhifə > Güney Press / Ana xəbər > Əfv olmadı, "NİDA"çıların aqibəti necə olacaq?
Əfv olmadı, "NİDA"çıların aqibəti necə olacaq?8-10-2014, 16:44 |
![]() “NİDA-çılar haqqında hələlik heç bir yenilik yoxdur”. Bunu Hafta.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, onlar da hələlik nə edəcəklərini bilmirlər: “Biz məktub yazmışıq və cavab gözləyirik. Hələlik bizə cavab daxil olmayıb”. Novella Cəfəroğlu qarşıdan gələn 18 Oktyabr - Müstəqillik, 9 Noyabr - Dövlət Bayrağı və 12 Noyabr - Konstitusiya günlərində də əfv olması ilə bağlı fikirlərə münasibət bildirib: ”Bilmirəm. Bu haqda heç bir məlumatım yoxdur. NİDA-çıların da həmin vaxtda buraxılması ilə bağlı heç bir söz deyə bilmirəm”. Xatırladaq ki, həbs edilən NİDA üzvlərinin Qurban Bayramı öncəsi əfv olunmaları üçün ölkə başçısına müraciət etmələri haqda xəbər yayılmışdı. Geri qayıt |