Əsas Səhifə > Güney Press / Ana xəbər > Binəqədidə sakinlərdən qanunsuz olaraq pul tələb olunur

Binəqədidə sakinlərdən qanunsuz olaraq pul tələb olunur


8-10-2014, 13:30
Binəqədidə sakinlərdən qanunsuz olaraq pul tələb olunur
Binəqədi rayon Biləcəri qəsəbəsi Qalib Süleymnaov küçəsində yerləşən yaşayış binalarının sakinləri “Azəristiliktəchizat” ASC-nin Binəqədi rayon 3 saylı İstilik Sistemləri İstismar Sahəsindən şikayətçidirlər. Redksiyamıza müraciət edən sakinlər rayon icra başçısı Xaləddin İsgəndərovdan kömək istəyirlər.

Şikayətçilər bildirirlər ki, yaşayış binalarında dövlət tərəfindən çəkilməsi nəzərdə tutulan istilik sistemləri xətti bilinməyən səbəblərdən yarımçıq qalıb. Artıq qışın gəlişinə çoz az qalmasına baxmayaraq istilik Binəqədi rayon 3 saylı İstilik Sistemləri İstsimar Sahəsi hər hansı bir tədbir görmək niyyətində deyil.

Daxil olan şikayət məktubunda bildirilir ki, 3 aydan çoxdur işlər yarımçıq qalıb. Bundan əvvəl isə sakinlərə bildiriblər ki, sentyabr ayına qədər sizin istilik sistemi hazır olacaq. Amma görünən odur ki, 3 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Rövşən Tağıyev öz vəzifəsinin öhdəsindən gələ bilmir və bu üzdən də bir binanın sakini bu qışı soyuq divarlar arasında keçirməyə məcburdur.

Sakinlər iddia edirlər ki, “Azəristiliktəchizat” ASC 3 saylı İstilik İstismar Sistemləri Sahəsinə binalarının istilik xətlərinin çəkilməsi üçün lazım olan vəsait ayrılsa da, sahə rəisi Rövşən Tağıyev həmin vəsaiti mənimsəyib. Çünki sakinlər yarımçıq qalan işlə bağlı dəfələrlə sahə rəhbərliyinə müraciət etdikdə idarə rəisinin “köməkçiləri”nin sakinlərə cavabı belə olub ki, “hər mənzil 150 manatdan pul yığsın bizdə yarımçıq qalan işi başa çatdıraq”.

Ərazidə yaşayan vətəndaşlar qeyd edirlər ki, sahə rəisinin В«köməkçiləri” qapı-qapı düşərək pul tələb edirlər. Belə ki, “Azəristiliktəchizat” ASC gec tez yarımçıq qalan işi təhvil almalıdır. Elə bu üzdəndə sahə rəisi mənimsədiyi pulları sakinlərdən toplamağa çalışır. Bu isə sakinlərin ciddi narazılığına səbəb olur.

Şikayətçilər mətbuat vasitəsi ilə Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova müraciət edərək sahə rəisinin cəzalandırılmasını və onların problemlərini həll etməyi istəyirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
\\ pia.az \\
Geri qayıt