Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənistandakı rus bazası Ankara və Tiflisin tələsinə düşdü

Ermənistandakı rus bazası Ankara və Tiflisin tələsinə düşdü


7-10-2014, 16:34
Ermənistandakı rus bazası Ankara və Tiflisin tələsinə düşdü
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası hava blokadasına alınıb.

Axar.az xəbər verir ki, bu iddia ilə Rusiyanın “Arqumenti Nedeli” qəzeti çıxış edib.

Qəzet buna səbəb kimi Türkiyə və Gürcüstanın Rusiyanın hərbi təyyarələrinə hava məkanını bağlamasını göstərib. Ekspertlər artıq məsələ ilə bağlı Rusiya hərbi strukturlarının narahat olduğunu bildiriblər. Rusiya Xarici İşlər Nazirliyi isə məsələdən xəbərdar olduqlarını və bunu həll etməyə çalışdığını söyləyib.

Geri qayıt