Əsas Səhifə > Güney Press / Ana xəbər > Daha bir vətəndaş Ziya Məmmədovun "qoçularının" qurbanı olub
Daha bir vətəndaş Ziya Məmmədovun "qoçularının" qurbanı olub7-10-2014, 13:04 |
![]() Nəqliyyat Nazirliyinin "qoçuları"nın qanunsuzluğu və zorakılığı ilə bağlı mətbuatda tez-tez xəbərlər getsə də nazirlik bu barədə hələ ki, bir addım atmağı düşünmür. Bu yaxınlarda daha bir vətəndaş nazirliyin "qoçuları"nın qurbanı olub. Mahmudov Xanların Etatist.com-a ünvanladığı şikayət məktubunda bildirilir ki, ötən ayın 13-də NN-in işçiləri onun avtomobilindən 295 AZN pul, avtomobilin və özünün sənədlərini götürərək "yoxa çıxıblar". X.Mahmudov qeyd edib ki, hadisə Qala qəsəbəsində olub: Nəqliyyat Nazirliyinin işçiləri seria nömrəsi 340 olan "Daewoo Nexia” avtomobili ilə məni saxladı. Heç bir sənəd istəmədən 60 manat pul tələb etdilər. Təbii ki, mən o pulu durduq yerdə vermək istəmədim. Bundan sonra biri avtomobilin çölündən əl qolumu tutdu, o biri isə maşının içinə girib 295 manat pulumu, maşının açarını, sonra isə köynəyimin cibini cıraraq şəxsiyyət vəsiqəmi və maşının sənədlərini götürdü. Axırda çöldən əl qolumu tutan şəxs yumruqla avtomobilin güzgüsünü sındırdı və hər ikisi öz avtomobillərinə oturub qaçdılar. Hadisədən dərhal sonra Xəzər rayon 1 nömrəli Polis Şöbəsinə şikayət ərizəsi yazdım. Onlar isə Xəzər Rayon Prokurorluğuna yönləndirdilər. Oktyabr ayının 3-də Binəqədi rayonunda yerləşən Nəqliyyat Nazirliyinin ekspedisiya şöbəsinin müdiri Emin müəllimin yanında oldum. O, kimliyimi və avtomobilimin texniki pasportunun onda olduğunu desə də, pulumun və avtomobilimin açarının onlarda olmasını dandı. Hal-hazırda işə Xəzər rayon prokurorluğu baxır. Hələ ki, heç bir xəbər yoxdur”. Hadisəni aydınlaşdırmaq üçün Nəqliyyat Nazirliyi ilə əlaqə saxlayıb, onların da mövqeyini yayımlayacağıq. Geri qayıt |