Əsas Səhifə > Güney Press / Ana xəbər > Erməni qələmindən Qarabağın geri qaytarılması ilə bağlı plan

Erməni qələmindən Qarabağın geri qaytarılması ilə bağlı plan


3-10-2014, 17:00
Erməni qələmindən Qarabağın geri qaytarılması ilə bağlı plan
Ermənistanın tanınmış analitika portalı “Lragir” Kremlə yaxın mənbələrə istinadən Qarabağın Azərbaycana qaytarılma sxemindən yazıb.

ANS PRESS-in məlumatına görə, portalın baş redaktoru Haykazn Qaqriyan bu gün dərc edilmiş məqaləsində yazıb: “Kreml dairələrinə yaxın ekspertlər deyirlər ki, Ermənistanın Avrasiya İttifaqına girməsindən sonra Azərbaycanın Avrasiya inteqrasiyası başlayacaq və o, “təbii yolla Avrasiya mühitində olacaq””.

Məqalə müəllifinin sözlərinə görə, ekspertlərdən biri - Sergey Markov bildirib ki, hazırda erməni, rus və azərbaycanlı diplomatlar arasında Qarabağ probleminin həlli üzrə danışıqlar aparılır. Onun sözlərinə görə, tezliklə danışıqlara Türkiyə diplomatları da qoşulacaq.

“Prosess başlayıb, diplomatlar hərəkətə keçib, bu isə Böyük sülh sazişinə gətirə bilər. İlk mərhələdə Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə sərhədlərinin açılması müqabilində Azərbaycanın işğal edilmiş 7 rayonu qaytarıla bilər. Hazırda diplomatlar bu variantın üzərində işləyir”, - Markov bildirib.

Haykazn Qaqriyan Markovun sözlərini şərh edərək hadisənin sonrasını proqnozlaşdırır: “Elə də ağıllı olmadan “ikinci mərhələ”nin nejə olajağını anlamaq mümkündür. Azərbaycan da Avrasiya İttifaqına girəcəyinə görə, “ikinci mərhələ”də Qarabağın qalan hissəsini alacaq. Yəni 1920-ci ilin sxemi təkrarlanacaq”.

Geri qayıt