Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısından oğluna bahalı hədiyyə
İcra başçısından oğluna bahalı hədiyyə3-10-2014, 13:59 |
![]() Daşkəsənin icra başçısı Əhəd Abıyevin maşın həvəskarı olduğu və bu səbəbdən də bahalı avtomobillərdən ibarət kolleksiyasının olduğu deyilir. JAM.AZ xəbər verir ki, bu yaxınlarda icra başçısı hətta qiyməti 500 min dollara yaxın olan daha bir maşını alaraq, kolleksiyasına əlavə edib. Lakin görünən odur ki, Abıyev təkcə, avtomobillə kifayətlənmək fikrində deyil. O, həmçinin motoskilet də sürməyi sevirmiş. Bu yaşında onun belə bir həvəsə düşməsi hər nə qədər qəribə olsa da, reallıqdır. JAM.AZ xəbər verir ki, Əhəd Abıyev dünən keçmiş Əzizbəyov heykəlinin yaxınlığında yerləşən В«SuzukiВ» motoskilet dükanına gələrək, oradakı çeşidlərlə maraqlanıb. Etibarlı mənbələrdən aldığımız məlumatda deyilir ki, Daşkəsənin icra başçısı hətta bir neçə modelləri bəyənib. Son dəqiqləşdirmələrimizə görə, icra başçısı В«SuzukiВ» motoskiletini özü üçün deyil, oğlu üçün almaq istəyir. Mənbənin bildirdiyinə görə, onun seçdiyi model isə bir qədər baha olduğundan satıcılarla bir xeyli danışıq aparmalı olub. Sonda isə qiymət razılaşdırılıb və yaxın günlərdə gətiriləcək yeni model Abıyevin oğluna təhvil veriləcək. JAM.AZ-a verilən məlumatda o da deyilir ki, Əhəd Abıyevin oğlu üçün seçdiyi modelin adı В«BanditВ»dir. Daha dəqiqi, Bandit 1250SA (GSF1250SA)-dır. Bu modelin qiymətinin təqribən 25-35 min manat civarındadır. Xatırladaq ki, Əhəd Abıyevin böyük oğlu yapon idman növləri ilə maraqlanmaqla yanaşı, həm də Samuray məktəbində məşqlər keçib. Bunu onun fotolarından da aydın şəkildə görmək olar. Görünür, Yaponiya marağı onu atasına elə yapon motoskileti almağa sövq etdirib. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |