Əsas Səhifə > Güney Press / Ana xəbər > Dərsə gedən uşaqlar... ölə bilər

Dərsə gedən uşaqlar... ölə bilər


2-10-2014, 15:18
Dərsə gedən uşaqlar... ölə bilər
20 nömrəli məktəbin təmir adıyla sökülməsindən sonra onun şagirdlərini bir sıra ayrı-ayrı məktəblərə paylaşdırıblar və insanlara problem yaradıblar. Bu barədə musavat.com-a yazar Sona Yaqubova məlumat verib.

Onun sözlərinə görə, həmin məktəbin 3-cü sinfində oxuyan oğlunun bəxtinə Yasamadakı İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən 172 saylı orta məktəb düşüb: "İndi azı 20 kq-lıq məktəbli çantasıyla ( ildə bir dəfə dəyişdirilən və bir dərslikdə fənn üzrə doğru-düzgün materialların olmaması səbəbyilə azı eyni fənnən 2-3 əlavə kitab və testlər almalı olduğumuza görə) müxtəlif maşrutlarla əziyyətlə gedib çıxdığımız məktəbin qarşısında ibtidai sinif şagirdlərinin hamısının həyatı təhlükə altındadır. Demək olar ki, hər dəfə məktəbin darvazasından saq-salamat içəri ayağımızı qoya bilməyimiz riskdir. İnşalllah, yenicə başlamış dərs ilinin axırına kimi burada ölüm-itim olmaz. Çox ehtimal ki, məktəbin yaxınlığındakı Beynəlxalq bankla Xalq Bankın işçilərinin avtomobil dayanacağı kimi istifadə etdiyi, onsuz da kifayət qədər ensiz olan məktəb yolunda, bir də uşaqlarını dərsə avtomobillə aparıb-gətirən valideyinlərin sayəsində məktəbə girmək az qala mümkünsüzdü. Piyadalar üçün nəzərdə tutulmuş 50 sm-lıq kələ-kötür səkiylə yıxıla-yıxıla yeriyən uşaqların ayağının bir-neçə sm sürüşməsi artıq maşının altında qalmasıyla nəticələnə bilər. Hələ hər gün məktəb qarşısında dayanmış tıxacda maşının pəncərəsindən başını çıxarıb bir-birinə söydüyü söyüşlərdən danışmıram".

S.Yaqubova yazır: "Mən bir valideyin kimi uşağımın hər gün bu söyüş sədaları altında, hər anı bir uşağın ölümünə səbəb ola biləcək qəza vəziyyətində olan bu avtomobil tıxacından narahtam".

Valideyn təhsil naziri Mikayıl Cabbarova müraciət edərək 172 saylı məktəbdə təhsil alan şagirdlərin həyatı üçün təhlükə daçıyan problemlə maraqlanmağı və bir əncam çəkməyi xahiş edir.

Geri qayıt