Əsas Səhifə > Güney Press / Ana xəbər > Marsa uçacaq astronavtlar arasında azərbaycanlı da var
Marsa uçacaq astronavtlar arasında azərbaycanlı da var30-09-2014, 11:21 |
|
FaktXəbər-in verdiyi məlumata görə, NASA-nın Kosmik Ekspedisiyaları Planlaşdırma Mərkəzi Marsa ilk insan uçuşu üçün 8 aylıq hazırlıq kursu keçən 6 astronavtın siyahısını təqdim edib. Qırmızı Planetə gedənlər arasında azərbaycanlı Allen Mirqədirovun da adı çəkilir. Məlumata əsasən, oktyabrın 15—dən etibarən bütün astronavtlar Marsa yollanacaq uçan modulun analoqu olan xüsusi kapsula girəcəklər. 8 ay ərində NASA həkimləri astronavtların həyat nişanələrini yoxlayacaqlar. Testdən sonra isə astronavtlar Marsa uçuş prooqramına salınacaqlar. Bizim həmyerlimiz haqqında məlumat azdır. Təkcə o, məlumdur ki, Bakıda doğulan Allen Mirqədirov Arizona ştatının Flinks şəhərində yaşayır və NASA-nın mühəndisidir. O, ABŞ HHQ-də10 ildən artıq xidmət edib. Hazırda onun fəaliyyətinin əsas sferası orbital və suborbital missiya ilə əlaqədardır. Geri qayıt |