Əsas Səhifə > Güney Press / Ana xəbər > DİA.AZ Azərbaycanda ilk dəfə bu addımı atacaq
DİA.AZ Azərbaycanda ilk dəfə bu addımı atacaq29-09-2014, 11:27 |
|
DİA.AZ: - В«DünyaВ» İnformasiya Agentliyi saytı olaraq neçə müddətdir ki, xidmətinizdəyik. Fəaliyyətimizdən razı olanlar da var, narazı qalanlar da. Hətta fəaliyyətimizin qarşısını almağa çalışınlar da. Elə buna görədir ki, az qala bir ilə yaxındır ki, az qala hər gün saytımıza haker hücumları təşkil olunur. Bu isə öz növbəsində portalımızın fəaliyyət göstərməsinə ciddi şəkildə mənfi təsir göstərir. Amma bütün bunlara rəğmən biz yenə də fəaliyyət göstərməkdəyik. Diqqətli DİA.AZ oxucuları da yaxşı bilirlər ki, bu gün bizim üçün prioiritet olanı məhz dövlətimizi və millətimizi düşündürən suallar, narahat edən mövzulardır. Bizim üçün bundan ümdə heç nə yoxdur. Məhz bu səbəbdəndir ki, hazırda yaşadığımız müstəqil Azərbaycan dövləti ilə yanaşı, Azərbaycandan kənardakı Azərbaycanları da ağrıdan, sevindirən olayları işıqlandırmağa həvəsliyik, maraqlıyıq… Bu gün reaksiyalardan da görürük ki, müstəqil Azərbaycanla yanaşı, Güney Azərbaycanda da diqqətlə oxunuruq. Bunu nəzərə alaraq DİA.AZ-ın əski əlifba ilə - ərəb əlifbası ilə versiyası üzərində işləmək qərarına gəlmişik. Bunu Azərbaycanda edən ilk sayt olacağıq. Yəni xəbərlərimizi yaxın gələcəkdə Azərbaycan türkcəsində, amma latın qrafikası ilə yanaşı, əski əlifbada da oxuya biləcəksiniz. Bu isə Güney Azərbaycanda (40 milyon), İraq Azərbaycanında (3 milyon) yaşayan soydaşlarımız üçün DİA.AZ-ı rahatlıqla oxumalarına kömək olacaq. Geri qayıt |