Əsas Səhifə > Güney Press / Ana xəbər > Əlillər Evinin sakinləri Səlim Müslümova qarşı aksiya keçirəcək
Əlillər Evinin sakinləri Səlim Müslümova qarşı aksiya keçirəcək29-09-2014, 09:33 |
|
FaktXəbər-in aldığı məlumata görə, Mərdəkan Müalicə pansionatında yaşayan sakinlər etiraz aksiyasına hazırlaşırlar. Nümayiş sentyabrın 29-u, saat 11-dəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında həyata keçiriləcək. Əsasən əlil arabasında olanların iştirak edəcəyi tədbirə səbəb isə sakinləri müalicə müəssisəsini təmiri bəhanəsi ilə Gəncə şəhərindəki ruhi xəstələr üçün nəzərdə tutulan və çox bərbad vəziyyətdə olduğu deyilən pansionata köçürülməsidir. Xatırladaq ki, bir neçə gün öncə Mərdəkan qəsəbəsində yerləşən gənc əlillərdən ibarət Əlillər Evinin sakinlərinin bir hissəsini məcburi şəkildə Gəncə şəhərində yerləşən Ruhi xəstəxanaya köcurublər. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "Qarabag əlilləri və Vetaranları cəmiyyəti " İB-nin sədri Əhməd Rəhmanov özünün Facebook səhifəsində məlumat vermişdi. Onun sözlərinə görə, bu köcürülmə gələn aya planlaşdırılsa da, əlilərin Prezident Aparatı qarşısında piket kecirmək barədə gedən söhbətləri rəsmi strukturları narahat edib. "Əlillərin bir hissəsi hələdə Mərdəkandadır və bu yaxınlarda da onları Bakıdan uzaqlaşdırmaq fikrindədirlər", - deyə Ə.Rəhmanov bildirmişdi. Geri qayıt |