Əsas Səhifə > Güney Press / Ana xəbər > Ağacların dibinə xlor töküb yandırırlar, obyekt tikirlər

Ağacların dibinə xlor töküb yandırırlar, obyekt tikirlər


26-09-2014, 14:10
Ağacların dibinə xlor töküb yandırırlar, obyekt tikirlər
Elə “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən Şərifzadə 162-166 ünvanında yaşayan Elçin Hüseynov bu ümidlə bizə, “İslamazeri.az” saytına müraciət etdiyini deyir. Deyir, illərlə yaşadığı bu ünvanın qarşısındakı ərazi Fəxrəddin Paşayev adlı şəxs tərəfindən zəbt edilib. Bu şəxs binanın qarşısında quraşdırılmış metronun havalandırma sisteminə, binanı isti su ilə təchiz edən boruya, qaz xətlərinə etina etmədən buranı sökdürüb obyekt inşa etdirmək niyyətindədir. Elçin Hüseynov bina sakinlərinin dəfələrlə aidiyyati orqanlara müraciət etməsinə baxmayaraq, nəticənin olmadığını bildirir.

“İslamazeri.az” saytı olaraq Bakı Şəhər İcra Hakimiyyətindən baş memar Akif Abdullayevlə, Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etdik.

Bakı Şəhər İcra hakimiyyəti bizi Yasamal rayon İcra Hakimiyyətinə yönəldərək, suallarımıza orada cavab axtarmağı məsləhət gördü. Yasamal rayon İcra Hakimiyyəti isə zəngimizə cavab olaraq bildirdi ki, sözü gedən ərazi sakinlərindən heç bir məktub daxil olmayıb, olubsa da, bu idarənin dəftərxanasında ləngimə səbəbindən çatmayıb.

Bina sakinlərinin və onların saytımıza təqdim etdikləri materialı sizə təqdim edirik:



Geri qayıt