Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısının tutdurduğu şikayətçiyə qarşı ittiham

İcra başçısının tutdurduğu şikayətçiyə qarşı ittiham


24-09-2014, 13:38
İcra başçısının tutdurduğu şikayətçiyə qarşı ittiham
Bu yaxınlarda haqqin.az saytının yaydığı məlumata görə Saatlı RİH-nin başçısı Siraqəddin Cabbarov öz kabinetində Mollaavazlı kəndinin sakinləri ər-arvad Vahid və Amaliya Əliyevləri döyüb. Bu hadisə Əliyevlərin yerli məmurların qanunsuz hərəkətləri ilə bağlı ölkə başçısına şikayətindən sonra baş verib. Amaliya Əliyeva bildirir ki: “ Polis əməkdaşı bizə gələrək dedi ki, icra başçısı Siraqəddin Cabbarov sizi görmək istəyir”. Şikayətçi onu da bildirir ki, biz icra hakimiyyətinin binasına daxil olanda Mollaavazlı kəndinin icra nümayəndəsi Əhməd Dədəkişiyev də orada idi. Amaliya Əliyevanın sözlərinə görə, “ biz icra başçısının kabinertinə daxil olan kimi o bizi söyüşlərlə təhqir etməyə başladı və biz çıxmaq istəyəndə başçı göstəriş verdi ki, onları həbs edin”. Amaliya Əliyevanı yoldaşı ilə birgə polis şöbəsinə göndəriblər. Sonra Vahid Əliyevi harasa aparıblar. Amaliya xanımı 6 saat saxlayandan sonra əri ilə görüşməyə icazə veriblər. Amaliya Əliyeva gördüklərindən dəhşətə gəlib : “ Ərim döyülmüş vəziyyətdə döşəmədə uzanmışdı. Onu icra başçısı özü döymüşdü. Sonra guya ictimai yerdə icra başçısını təhqir etdiyi üçün ərimə 15 sutka həbs verdilər. Bu tamamilə yalandır”. Məsələyə aydınlıq gətirmək üçün qafqaznews.org-un əməkdaşı Mollaavazlı kəndinin icra nümayəndəsi Əhməd Dədəkişiyevlə əlaqə saxlayıb. O, bildirib ki, Vahid Əliyevin həbs olunması həqiqətə uyğun deyil. Ancaq Saatlı polis şöbəsinin növbətçisi Ələddin Miriyev kənd icra nümayəndəsinin dediklərini təkzib etdi: “ Vahid Əliyev həqiqətən də həbs olunub. Ona icra icra hakimiyyətinin işini pozduğuna görə ittiham irəli sürülüb” Müxbirimizin “ O, icra hakimiyyətinin işini necə pozub” sualına növbətçi belə cavab verib: “ İcra hakimiyyətinin binasında səs salıb”.

Geri qayıt