Əsas Səhifə > Güney Press / Ana xəbər > "12 saylı cəzaçəkmə müəssisəsində hər şey pulladır"...
"12 saylı cəzaçəkmə müəssisəsində hər şey pulladır"...23-09-2014, 13:45 |
|
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin indiki rəhbərliyi tez-tez sabiq rəisin vaxtında islah müəssisələrində çiçəklənən korrupsiyanın kökünü kəsməkdən ağızdolusu danışır. Ancaq əslində belə deyil. Bunu məhkumların doğmalarının KİV-ə tez-tez müraciətləri də bir daha təsdiq edir. Bu müraciətlər göstərir ki, islah müəssisələrində korrupsiya hələ də çiçəklənməkdə davam edir. Bu yaxınlarda mia.az saytında ölüm işi ilə bağlı məhkum olunmuş Bayram Abdullayevin anası Fatma Abdullayevanın məktubu dərc olunmuşdu. Fatma Abdullayeva bildirir ki, onun oğlu 12 saylı islah müəssisəsində cəzasını çəkir: “Bu müəssisədə həbsxana rəisi Rauf Məmmədovun və müavini Qaçay Aslanovun rəhbərliyi altında bütöv bir korrupsiya şəbəkəsi fəaliyyət göstərir. Bir az imkanlı məhkumlar burda özünü komfort şəraitdə hiss edir. Amcaq imkanı olmayanlar hər gün müxtəlif problemlərlə üz-üzə qalırlar”. Fatma Abdullayeva yazır ki, onun oğlunun kamerasına Elçin adlı məhkumu göndərblər və o, hər gün mənim oğlumla dava edir. Oğlum xahiş edir ki, onu başqa kameraya keçirsinlər, ancaq rəhbərlik buna görə rüşvət istəyir. Məhkumun anası qeyd edir ki, mən ancaq təqaüdümlə dolanıram, islah müəssisəsinin rəisinə verməyə pulu hardan alım. Bayram Abdullayevin bacısı Seyran Abdullayeva qafqaznews.org-a bildirib ki, mənim qardaşımın 52 yaşı var, xəstə adamdır, Elçinin təxribatlarına görə qardaşım ömrünün qalan hissəsini də həbsxanada qalmaq istəmir. Məhkumun bacısının sözlərinə görə onun qardaşı bu barədə dəfələrlə həbsxana rəisi Rauf Məmmədovdan xahiş eləsə də rəis ondan pul istəyir. Seyran Abdulalyevin sözlərinə görə : “12 saylı islah müəssisəsində hər şeyə görə pul istəyirlər. Məhkumla görüş üçün pul verməlisən. Həbsxanaya daxil olandan sonra yenə pul yığımı davam edir. Nəzarətçilər çörək pulu istəyirlər. Biz isə kasıb adamlarıq, özümüz ərzaq almağa pul tapmırıq”. Biz məsələyə münasibət öyrənmək üçün 12 saylı islah müəssisəsinin əməkdaşlarına müraciət etsək də, onlar imtina etdilər və Penitensiar Xidmətin mətbuat xidmətinə müraciət etməyi məsləhət bildilər. Mətbuat xidmətinin əməkdaşı Rövşan (təəssüf ki, familyasını demədi) Bayram Abdullayevin qohumlarına məsləhət bildi ki, Xidmətin rəhbərliyinə müraciət etsinlər. Onun bu təklifinə Seyran Abdullayevanın münasibəti belə oldu: “Biz dəfələrlə müraciət eləsək də tələbimiz baş tutmayıb” İşgəncələr əleyhinə komitənin rəhbəri Elçin Behbudov qafqaznews.org-a bildirib ki, Penitensiar Xidmətin müəssisələrində baş verən qanunsuzluqlarla bağlı mənə də xeyli şikayətlər daxil olur: “ Mən həmin şikayətləri birbaşa ədliyyə naziri Fikrət Məmmədova göndərirəm. Ancaq hər dəfə mənə cavab gəlir ki, məlumat təsdiqlənmədi”. Elçin Behbudov Xidmətin mətbuat xidmətinin sözlərini belə şərh etdi: “ Onlar hamıya belə məsləhətlər verirlər, ancaq faydası yoxdur”. Geri qayıt |