Əsas Səhifə > Güney Press / Ana xəbər > Vəkil Elşad Abdullayevin qardaşını necə öldürməsindən danışdı

Vəkil Elşad Abdullayevin qardaşını necə öldürməsindən danışdı


23-09-2014, 13:36
Vəkil Elşad Abdullayevin qardaşını necə öldürməsindən danışdı
Azərbaycan Beynəlxalq Universitetinin ( ABU) sabiq rektoru Elşad Abdullayev haqqında yeni səs yazısının yayılması gündəmi dəyişdi. Sevinc Babayevanın səsi olan bu audio yazıda, E.Abdullayevin qardaşını öldürməsi bir daha gündəmə gətirilib.

Məsələ ilə bağlı Hafta.az-a açıqlamasında vəkil Ramiz Zeynalov naməlum hadisələr barəsində yenilikləri paylaşıb. O bildirib ki, E.Abdullayevin qardaşı Mahir Abdullayevi öldürməsi faktı üstündə çox qaranlıq məqamlar ortaya çıxıb:

“S.Babayevanın son səsyazısında söylədiyi fikirləri, biz Arzu Kazımovun istintaqı zamanı səsləndirmişik. Eyni zamanda, bu barədə rəhmətlik Sevinc Babayevaya da məlumat vermişdim. Məhz hüquqlarını müdafiə etdiyim Arzu Kazımovun söylədikləri əsasında səsləndirdiyim nitqimə görə, Elşad Abdullayevin bacısı oğlu məni məhkəməyə verdi. O əsas gətirdi ki, mən və yazının dərc olunduğu mətbu orqan onların şərəf və ləyaqətini ləkələmişik. Bununla bağlı cinayət işi qaldırılmalıdır. İkincisi isə cinayət məcəlləsinin 147-148-ci maddələri əsasında (Böhtan xarakterli ittihamlar) haqqında cinayət işinin açılması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət ediblər. Aparılan istintaq nəticəsində Yasamal Rayon Məhkəməsi əməlimdə cinayət tərkibi olmadığına görə, mənə bəraət verdi. Apelyasiya Məhkəməsi isə hər iki qərarı və hökmü qüvvədə saxlayıb. Ondan kassasiya şikayəti verilib. Ali Məhkəmə də bu şikayətlərin hər ikisini qüvvədə saxlayıb”.

Vəkil R.Zeynalov bir daha bildirib ki, Elşad Abdullayev qardaşını öldürməsi haqqında Arzu Kazımova şəxsən özü məlumat verib:

“Elşad Abdullayev Arzu Kazımovla yaxın olduğu zaman qardaşını qohumları ilə birlikdə aradan qaldırması ilə bağlı etiraflar edib. Bu etirafların nəticəsində biz tədqiqatlar apardıq. Həmin araşdırmamızla deyilən faktlar üst-üstə düşdü. Eyni zamanda, Mahir Abdullayevin öldürüldüyü maşının gizlədilməsi, izlərinin itirilməsi, onun sənədlərini Balaxanı zibilliyindən tapan adamlara hədə-qorxu gəlindiyi ortaya çıxıb. Bununla yanaşı, sənədlərin istintaqa təqdim edilməməsi, bundan əlavə, maşın, sənədlər barədə ilk dəfə istintaqa öldürülənin həyat yoldaşı məlumat verib. Eyni zamanda məlum olub ki, Abdullayevin qardaşı üzü Salyan istiqamətində hərəkət edib. Qayıdarkən isə həmin maşında olmayıb. Mahir Abdullayevin dostu olan, hadisə baş verən əraziyə yaxın yerdə postda duran Dövlət Yol Polisi işçisi də təhdid edilib. Bütün bu faktlar onu göstərir ki, Elşad Abdullayev öz qardaşını 20 milyon dolların üstündə öldürüb”.

Qeyd edək ki, bir neçə gün öncə mərhum Sevinc Babayevanın növbəti səsyazısı yayılıb. Yayılan səsyazmada Elşad Abdullayevin qardaşı Mahir Abdullayevi öldürdüyü bildirilib.

Geri qayıt