Əsas Səhifə > Güney Press / Ana xəbər > Abbas Abbasovun adamları Şəmkirdə toplaşır

Abbas Abbasovun adamları Şəmkirdə toplaşır


23-09-2014, 13:08
Abbas Abbasovun adamları Şəmkirdə toplaşır
Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin ("AzerRos"un) Ağsaqqallar Şurasının sədri, həmçinin "Milyarderlər İttifaqı"nın təsisçilərindən olan baş nazirin sabiq müavini Abbas Abbasov yenə hansısa niyyətlərinin arxasınca düşüb. Bir müddət əvvəl saytlardan birinə müsahibə verən baş nazirin keçmiş müavini "Mən heç vaxt öz xalqımın, dövlətimin, İlham Əliyevin düşməni olmayacam. Bunu heç kim görməyəcək. Amma yenə də qazırlar, qazırlar, qazırlar. Məni başa düşün. Oğlum Milli Məclisin iki çağırışının deputatıdır, ailəm ordadır, uşaqlarım, nəvələrim ordadır.

Köküm, valideynlərimin məzarı ordadır. Mənim üçün ağrılıdır. Uşaq deyiləm, 65 yaşım var. Məni Azərbaycan xalqı formalaşdırıb. Ona görə yox ki, məndən düşmən düzəltsinlər. Mənim potensialımdan, imkanlarımdan Azərbaycan xalqı üçün istifadə edin. Və məndən satqın düzəltməyə son qoyun", deyə bildirmişdi. Lakin bu açıqlamasının ardınca Abbas Abbasov Azərbaycanın Rusiyada yaşayan vətəndaşlarının əleyhinə olan bəzi fikirlər səsləndirmişdi. Hətta ötən prezident seçkiləri zamanı "Milyarderlər İttifaqı"nın təsisçilərindən olan keçmiş məmur bir sıra niyyətlərini həyata keçirmək istəmiş, lakin buna nail olmağı bacarmamışdı. Təzadlı çıxışları ilə gündəmə gəlməyi sanki xoşlayan Abbas Abbasovla bağlı yeni məlumatlar əldə etmişik. Mötəbər mənbələrin məlumatında bildirilir ki, Abbas Abbasovun adamları Şəmkirdə toplaşırlar: "Milyarderlər İttifaqı"nda təmsil olunan keçmiş baş nazir, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynov və hazırda komitə sədri vəzifəsində işləyən şəxslərdən biri Şəmkirdə bir araya gələrək öz aralarında görüş keçirirlər və bəzi müzakirələr aparırlar. Görüşün səbəbləri açıqlanmasa da, müzakirələrin nədən getdiyi məlumdur. Keçmiş kənd təsərrüfatı naziri Tofiq Hüseynov Abbas Abbasovla bərabər müzakirələrdə əsas tərəflərdən biri hesab olunur. Məlumat üçün deyim ki, o əslən Tovuz rayonundandır. AXC hakimiyyətində kənd təsərrüfatı naziri olub. 1994-cu ildə qanunsuz silah gəzdirməkdə ittiham edilərək həbs olunub və 2 il müddətinə azadlıqdan məhrum edilib. 1995-ci ildə azadlığa buraxılıb. Milli Şuradan qopub düşənlər özlərini "Milyarderlər İttifaqı"nda möhkəmləndirirlər". Məlumatda o da vurğulanır ki, şəmkirlilərin ağsaqqalı kimi tanınan bazar müdiri "Milyarderlər İttifaqı"nda təmsil olunan şəxslərdən biri ilə telefon əlaqəsi yaradıb. Onun telefon danışığı zamanı hansı məsələlər ətrafında müzakirə aparması, yaxud nə kimi planlarının olması barədə isə yaxın günlərdə yazacağıq. Bizi maraqlandıran əsas məsələ isə Abbas Abbasovun adamlarının keçirdikləri toplantılarla bağlıdır: niyə məhz Şəmkirdə? Biz isə öz növbəmizdə baş nazirin keçmiş müavininə demək istəyirik ki, Azərbaycanda siyasi sabitlik var və heç bir kənar qüvvə burda başqa niyyətlərini həyata keçirə bilməzlər.
\\ gundelik-baki \\
Geri qayıt