Əsas Səhifə > Güney Press / Ana xəbər > Qazaxlı Alik ondan prezidentə şikayət edəni məhkəməyə verib

Qazaxlı Alik ondan prezidentə şikayət edəni məhkəməyə verib


23-09-2014, 12:37
Qazaxlı Alik ondan prezidentə şikayət edəni məhkəməyə verib
DİA.AZ: - Ağstafa rayon Dağkəsəmən kənd sakini Əmirov Oqtay Musa Oğlu DİA.AZ-a müraciət yollayıb. Həmin müraciəti təqdim edirik:

"Mən Əmirov Oqtay Musa oğlu Dağkəsəmən kənd sakiniyəm. Bir müddət öncə cənab Prezidentimiz İlham Əliyevə şikayət məktubu ünvanlamışdım. İndi həmin məktuba görə şikayət etdiyim Muradov Alik Məni məhkəməyə verib. İddia edir ki, mən onun şərəf və ləyaqətini alçaltmışam. Bildirmək istəyirəm ki, Alik Muradov özünü Qarabağ döyüşçüsü kimi təqdim edərək, qanuni sənədlərlə mənə məxsus olan yaşadığımız Dağkəsəmən kəndi ərazisində 10 sot həyatyanı torpaq sahəsini, eləcədə kənd sakinlərimizdən dörd ailənin torpağını zəbt edərək hasara alıb. Məndə məsələnin hüquq müstəvisində həllini tapması üçün məhkəməyə müraciət etdim. Bir il yarım davam edən uzun məhkəmə proseslərindən sonra iş Gəncə Apellasiya Məhkəməsində həllini tapdı məhkəmə Alik Muradovun mənim torpağımı zəbt etdiyini təsdiqlədi. İndi çıxarılan qərarın icrasını səbirsizliklə gözləyirik.

Onuda qeyd edim ki, cənab Prezidentimiz İlham Əliyevə şikayətimdən sonra məhkəmədə işimizə daha obyektiv baxmağa başladılar. Yoxsa buna qədər bir neçə dəfə Ağstafa rayon Məhkəməsinin keçmiş hakimi Kamil Rzayevin (Rzayev Kamil Allahqulu oğlu Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi təyin edilib)sədirliyi ilə keçirilən məhkəmə proseslərində heç bir səbəb olmadan torpaqlarımızı zəbt edən Alik Muradovun xeyrinə qərarlar çıxarırdı. Gəncə Apellasiya Məhkəməsində isə Ağstafa məhkəməsinin keçmiş hakimi Kamil Rzayevin Alik Muradovun xeyrinə çıxartdığı bütün qərarlar əsasız olduğu üçün ləğv edildi. Məlum oldu ki, şikayətçi olduğum Muradov Alik mənim qonşuluğumda yaxın qohumuna məxsus 5 sot torpaq sahəsinin sənədlərinin əvəzinə, başqa ərazidə 6 sot özünə məxsus olan torpağın sənədinlərini məhkəməyə təqdim edib. Ağstafa Rayon Məhkəməsinin keçmiş hakimi Kamil Rzayev heç bir araşdırma aparmadan onun xeyrinə qərarlar çıxarıb. Bütün bunlar barədə cənab Prezidentimizə şikayət məktubu ünvanladım. İndi həmin məktub əsasında məni məhkəməyə verib ki mən onun şərəf və ləyaqətini alçaltmışam. Prezidentimizə bir ölkə vətəndaşı kimi şikayət edib kömək istəmək nə vaxtdan kiminsə şərəf və ləyaqətini alçaltmaq olub? Qanuni olmayan sənədlərlə mənim eləcədə digər kənd sakinlərinin torpaqlarını zəbt eləməməsi üçün mübarizə aparmaq şərəf və ləyaqəti alçaltmaqdırmı? Tam əksinə Muradov Alik mənim 38 ildir ki, sahibkarlıq fəaliyyəti göstərdiyim kafemi heç bir əsas olmadan iki ay yarım bağlatdırdı. Nəticədə mənə və dövlətimizə xeyli miqdarda ziyan vurdu. Halbuki mən hər ay dövlət büdcəsinə qazancımın müəyyən hissəsini vergi olaraq ödəyirəm. Bundan başqa özüm, həyat yoldaşım, onsuzda səhətində problem olan kiçik övladım əsəb gərginliyi keçirtdik. Keçirtdiyi əsəb gərginliyindən ötrü övladımı dəfələrlə İrana müalicəyə göndərdim. Bütün bunları nəzərə alaraq bir daha cənab Prezidentimizdən mənə kömək edilməsi üçün müvafiq orqanlara tapşırıq verməsini xahiş edirəm".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt