Əsas Səhifə > Güney Press / Ana xəbər > Saatlıda idarə müdiri cibində 100 nəfərin maaş kartını gəzdirir
Saatlıda idarə müdiri cibində 100 nəfərin maaş kartını gəzdirir23-09-2014, 11:17 |
|
Saatlıda fəaliyyət göstərən idarə və müəssisələrdəki В«ölü canlıВ» məsələsini təsdiq edən daha bir olay müşahidə olunub. JAM.AZ-ın əməkdaşının verdiyi məlumata görə, ötən gün rayonun Süvarma Sistemləri idarəsinin müdiri hamının gözü qarşısında üzərində gəzdirdiyi 100-ə yaxın maaş kartından pul çəkib. Belə ki, idarə müdiri rayondakı bankomatlardan birinə yaxınlaşaraq, əlindəki kartlardan pulları çəkərək, onu plastik torbalara yığıb. Bununla kifayətlənməyən sözügedən şəxs nümayişkaranə şəkildə həmin pulları elə bankın içində sayaraq, səliqəyə salıb. JAM.AZ-a verilən məlumata görə, Saatlı Suvarma Sistemləri İdarəsində adı olub, özü olmayan şəxslərin varlığı əvvəlcədən məlum imiş. Lakin indiyə qədər onların maaş kartlarından bu şəkildə pul çəkilməsi halı müşahidə olunmayıbmış. Əməkdaşımızın verdiyi məlumatda deyilir ki, idarə müdirinin bu hərəkəti olayı görənlərin qəzəbinə səbəb olub. Hətta etiraz edənlər belə varmış. Lakin sözügedən şəxs ümumiyyətlə, ətrafda ona olan münasibətə heç bir reaksiya verməyərək, saymazyana şəkildə hərəkətlərinə davam edib. Yazıda qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |