Əsas Səhifə > Güney Press / Ana xəbər > Generalı zərbə altında qoyan rəis və müavini haqda iddialar
Generalı zərbə altında qoyan rəis və müavini haqda iddialar22-09-2014, 16:59 |
![]() Xəbər verdiyimiz kimi, Şəmkir rayonu Çinarlı qəsəbə sakini Fatma Əziz qızı Abdullayeva prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova və general Mədət Quliyevə şikayət məktubu ünvanlayıb. Bununla bağlı isə mətbuatda daha bir maraqlı məllumat yayılıb. Mia.az bir daha xatırladır ki, Fatma Abdullayeva 12 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkən oğlunun həyatına müəssisənin rəisi və müavini tərəfindən ciddi təhlükə olduğunu bildirib: В«12 saylı CÇM-nin rəisi Rauf Məmmədov, onun müavini Qaçay Aslanov korrupsiya şəbəkəsi yaradıblar. Nəticədə imkansız məhkumlar əziyyət çəkirlər. İmkanlı, istənilən pulu verə bilən məhkumlar istədikləri hərəkətləri edə bilirlər, imkansız məhkumlar isə zülm, əziyyət çəkirlər. Rəhbərlik qəsdən oğlumla düşmən olan Elçin adlı məhkumu onunla bir yerə yerləşdirib ki, istədiyi pulu ala bilsin. Şəxsən müavin Qaçay Aslanov oğlum Bayramdan pul istəyib ki, Elçin adlı məhkumu başqa kameraya keçirsin. Ancaq bizim istənilən pulu verməyə heç bir maddi imkanımız yoxdur, pensiyaçıyam. Çox ağır şəraitdə yaşayırıq. Mən və oğlum Bayram Abdullayev Penitensiar Xidmətin rəisi Mədət Quliyevə ərizə ilə müraciət edib, oğlumun Şəki Penitensiar Müəssisəsinə köçürülməsinə kömək etməsini xahiş etmişdik. Ərizəmizə cavab olaraq bildirildi ki həmin müəssisə istifadəyə veriləndə müraciətiniz nəzərə alınacaq. Ancaq Şəki Penitensiar Müəssisəsi istifadəyə verilsə də, oğlum Bayramı oraya köçürmədilər. Qeyd edim ki, 12 saylı CÇM-də hər şey pulludur. Özbaşınalıq, korrupsiya, qanunsuzluq baş alıb gedir. Bütün bunların başında rəis Rauf Məmmədov və müavin Qaçay Aslanov dayanır. Mən Penitensiar Xidmətin rəisi general Mədət Quliyevdən xahiş edirəm, oğlum Bayramın həyatı ciddi təhlükədədir, xahiş edirəm, bizə kömək edin…”. Mia.az xəbər verir ki, adıçəkilən rəis və onun müavini haqda В«ReytinqВ» qəzetində maraqlı məlumat verilib. Bildirilib ki, Rauf Məmmədovun adı 11 və 15 saylı Cəza Çəkmə Müəssisəsində işləyərkən bir sıra qalmaqalı şikayətlərdə də hallanıb: "Qaçay Aslanovdan isə danışmağa dəyməz. Onun adı isə 7 saylı kalonda daha səs-küylü hadisədə hallanıb. Amma hər iki şəxs vəziyyətdən çıxıblar. Hər iki vəzifəli şəxsin olduqca qəddar davranışlara sahib olduğunu bildirən mənbə onu da deyir ki, həm Rauf Məmmədov, həm də Qaçay Aslanov tanınmış adamlara bağlıdırlar. Rauf Məmmədovun əslən bakılı kimi hər zaman mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə "söykəndiyi”ni deyir. Yəqin bu, onun ailə üzvlərindən birinin incəsənət sahəsində tanınmış şəxs olmasından irəli gəlir və elə bu faktorun onun ötən ilin dekabr ayında Qaradağ rayonunun Puta qəsəbəsində yerləşən 12-ci kalona rəis göndərilməsində əsaslı rol oynayıb. Qaçay Aslanov isə əslən Qərbi Azərbaycandan olmaqla mərhum Səfiyar Musayevin yaxın qohumudur. O, qohumlarının hakimiyyətə çox xeyir verdiyini də arada bir dilə gətirməklə, yüksək vəzifə eşqində olduğunu gizlətmir. Amma görünür, Mədət Quliyev ona aydın olan səbəblərdən bu adamın yüksəlişinə imkan yaratmır...В». Şikayətlə bağlı Penitensiar Xidmətdən münasibətini də dərc etməyə hazırıq. Geri qayıt |