Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Əlikram, bir də Talış-Muğan respublikası ifadəsini dilinə gətirib danışsan bu dəfə sənin alnından özüm vuracam"
"Əlikram, bir də Talış-Muğan respublikası ifadəsini dilinə gətirib danışsan bu dəfə sənin alnından özüm vuracam"22-09-2014, 14:03 |
![]() Bu gün Moderator.az keçmiş müdafiə naziri Rəhim Qazıyevə müraciət edərək Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin son təlimlərinə münasibət bildirməsini istəyib. Sualı cavablandırdıqdan və yazı sayta qoyulduqdan sonra moderator.az/?xeber=56013 Rəhim bəy təkrar saytımızla əlaqə saxlayaraq bu gün onların MTN təcridaxnasından qaçısının 20 illliyi olduğunu xatırlayıb və bu barədə bir neçə söz demək istədiyini bildirdi. Biz də onun bu təklifini qəbul etdik: “Bu da bir taledir ki, Sovetlər qurluşunun ən qüdrətli və vahiməli təşkilatı olan DTK və dünyanın ən məhşur türmələrindən hesab olunan Lefortovoda da bir müddət saxlanılmışam. İş elə gətirdi ki, müstəqil Azərbaycan dövlətinin də Milli Təhlükəsizlik Nazirilyinin istintaq təcridxanasında da ömür keçirməli oldum. Düz 20 il öncə, elə bu günki gün bütün Azərbaycana xəbər yayıldı ki, Rəhim Qazıyev başda olmaqla MTN-in istintaq kamerasından qaçış olub. Bu əməliyyat bizim fiziki məhvimizə hesablanmış bir addım idi. Ancaq Allah mənə yar oldu deyə möcüzə nəticəsində real ölümdən qurtula bildik. Mən, Arif Paşayev, Baba Nəzərli və bir də çox təəssüflər olsun ki, Əlikram Hümbətov. Mən həmin qaçışın səhərisi günü, yəni 23 sentyabrda Arif Paşayevlə birlikdə bəyanat yazdıq və həmin bəyanatın surəti indi də məndədir. İstəyən redaksiyaya təqdim edə bilərəm. Bəyanatda bildirmişdik ki, təhlükəsizliyimizə təminat verilərsə biz yenidən məhkəmə qarşısında dayanmağa və açıq məhkəmədə ifadə verməyə hazırıq. Təəssüflər olsun ki, buna imkan verilmədi. O dövrdə öz müstəqil simasını saxlamış ANS telekanalı həmin bəyanatı oxudu, ondan sonra Vahid Mustafayevə fiziki təzyiq göstərildi, döyüldü və ANS-in verilişləri bağlandı. O dövrdə ABŞ-ın Azərbaycandakı səfiri olan Riçard Kozlariçin məsələyə qarışmasından ay yarım sonra ANS-in yayımı bərpa olundu.” Rəhim Qazıyevdən Əlikram Hümbətovla bağlı danışarkən niyə “çox təəssüf ki” ifadəsini işlətməsinin səbəbini də soruşduq. Bildirdi ki, bəli, çox təəssüf edir buna: “Əlikram ki, Ermənistana gedib ermənilərə qarşı vuruşmuş bir komandir olaraq orda cəlladlarla ağız-ağıza öpüşməklə kimliyini ortaya qoydu. Axı onun komandir olduğu alayda yüzlərlə qeyrətli balalarımız məhz erməni gülləsindən şəhid olmuşdu. Onun bu addımı hər şeydən öncə onun komandirliyinə qarşı xəyanət idi. Heç bir ləyaqətli komandir bunu etməzdi. Mən bu günədək də anlaya bilmirəm ki, o onun alayında vuruşmuş şəhidlərin ruhlarını niyə belə incitdi? Bu dünyada onun çəkdiyi əzablar bəllidir, bəs o Haqq dünyasında nə cavab verəcək, məni o maraqlandırır. Bu məsələdən sonra mən tamamilə onunla yediyim çörəyə, verdiyim salama da çox təəssüfləndim. Yeri gəlmişkən, bir məqamı da deyim. Həmin 1994-cü ilin 22 sentyabr gecəsindəki qaçış günü biz onunla ayrılanda Allah və Arif Paşayev də şahiddir, ona dedim ki, Əlikram, bir də Talış-Muğan respublikası ifadəsini dilinə gətirib danışsan bu dəfə sənin alnından özüm vuracam. Amma çox təəssüf ki, Əlikram öz iradəsiylə yaşamadığını bir daha ortaya qoydu. Onun Ermənistana gedərək ermənilərlə ağız-ağıza öpüşməsi göstərdi ki, bu Əlikram Hümbətovun özünün təşəbbüsü deyil, onu idarə edən adamların verdiyi əmr və təlimatlar idi ki, o bunu can-başla yerinə yetirdi.” Geri qayıt |