Əsas Səhifə > Güney Press / Ana xəbər > Ziya Məmmədovun işçisi kaskadyorluq etdi
Ziya Məmmədovun işçisi kaskadyorluq etdi22-09-2014, 12:10 |
|
Nəqliyyat müfəttişləri daha bir kobud qayda pozuntusuna yol veriblər. Bu barədə “Qafqazinfo”ya təqdim olunan videomaterialda bildirilir. Məlumata görə, Xaçmaz - Bakı yolunda nəqliyyat müfəttişləri iri yük maşınını qovublar. Sürücü saxlamadıqda isə müfəttişlərdən biri lap filmlərdəki kimi yük maşınının ayaq qoyulan yerinə çıxıb. Hadisənin şahidi yazır: “Sürət həddi 110 km/saat olan yolda qəfil yaranan tıxac az qalırdı ki, zəncirvari qəza yaratsın. Müfəttişə sual verirəm ki, “sənə görə bizim həyatımız təhlükədə idi, nə etmək istəyirsiz”. Cavab verir ki, “yük maşınını saxladıram, tərəziyə aparacam”. Geri qayıt |