Əsas Səhifə > Güney Press / Ana xəbər > "10-OO-010" avtomobil nömrəsi kimə məxsusdur?
"10-OO-010" avtomobil nömrəsi kimə məxsusdur?22-09-2014, 12:02 |
|
Azərbaycanda əksər sürücülərin arzuladığı nömrə artıq satılıb. 10 OO 010 dövlət nömrə nişanı В«MersedesВ» markalı avtomobilin üzərindədir. Bununla bağlı sosial şəbəkələrdə foto da yayılıb. Bu nömrəni bir müddət əvvəl Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov alıb. Daha doğrusu, OO seriyasından bu nömrə ilk dəfə məhz V.Talıbovun oğluna hədiyyə olaraq verilib. Lakin o, bu nömrədən çox istifadə etməyib. Üstündən 2 ilə yaxın vaxt keçdikdən sonra OO seriyasından olan nömrə ilə Bakı küçələrində maşınlar gözə dəyir. Lakin bir məqamı xüsusi qeyd etmək lazımdır ki, OO seriyasından olan nömrə nişanını hər adama vermirlər. Bu da Baş Dövlət Yol Polisi İdarəsinin öz daxili В«işiВ» və prinsipidir. 10 OO 010 dövlət nömrə nişanlı avtomobilin fotosunu təqdim edirik. /avtosfer
Geri qayıt |