Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycan banklarının Rusiya bazarına asan çıxışı nə vəd edir?
Azərbaycan banklarının Rusiya bazarına asan çıxışı nə vəd edir?22-09-2014, 11:59 |
|
Rusiya bankı VTB-nin rəhbəri Andrey Kostin bildirib ki, ölkəsinin bankları Azərbaycandan maliyyə resursları cəlb edə bilər. “Media forum” saytına danışan iqtisadçı ekspert Samir Əliyev deyib ki, Rusiyaya sanksiyalar tətbiq edilməyə başlayanda xaricdən pul cəlb edə bilməyən maliyyə institutlarının və şirkətlərinin Azərbaycana üz tutacağı gözlənilən idi: “Bu baxımdan Azərbaycan, eləcə də Qazaxıstan təsadüfən seçilməyib. Hər iki ölkənin kifayət qədər sərbəst neft pulu var. Azərbaycan Neft Fondu Rusiyaya 1 milyard dollardan çox vəsait yatırıb. Yəqin ki, əsas mənbə olaraq Neft Fondunun vəsaitlərinə can atacaqlar. Bu ehtimalla bağlı xeyli öncə narahatçılığımı bildirmişdim. Əsas donorlardan biri də, təbii ki, ARDNŞ ola bilər. ARDNŞ-nin maliyyə bazarına daxil olması və resurslarının bir hissəsini ora yönəltməsi Rusiya banklarının vəsait əldə etmək imkanını artıra bilər”. Ekspert həmçinin bildirib ki, Avropada çirkli pulların yuyulmasına qarşı aparılan mübarizənin son dövrlər sərtləşdirilməsi, Rusiyada isə bunun üçün əlverişli mühitin olması çirkli pulların bu ölkəyə axmasına səbəb ola bilər: “İri banklarımızın Rusiya maliyyə bazarına çıxışı üçün şanslar yaranıb. Ancaq burda diqqətli olmaq lazımdır. Bu vəziyyətdə ABŞ-ın və Avropanın sanksiyalarının subyekti olmaq təhlükəsi ilə üzləşə blərlər”. Dövlət Neft Fondu 2013-cü ildə “Bank VTB”nin 500 milyon dollarlıq həcmində səhmlərini alaraq bankın ümumi səhm kapitalında 2,99 faizlik paya sahib olub. Eyni zamanda rus rubluna 500 milyon dollar, daşınmaz əmlak bazarına isə 133 milyon dollar investisiya qoyub. Geri qayıt |