Əsas Səhifə > Güney Press / Ana xəbər > "Rüstəmxanlı 3-4 ay bundan qabaq vəzifədən azad edilib"

"Rüstəmxanlı 3-4 ay bundan qabaq vəzifədən azad edilib"


19-09-2014, 15:56
"Rüstəmxanlı 3-4 ay bundan qabaq vəzifədən azad edilib"
“Ağcabədi rayon Dövlət Yol Polisi bölməsinin rəisi Dilavər Rüstəmxanlı 3-4 ay bundan qabaq tutduğu vəzifədən azad edilib”.

Bunu AzVision.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, bölmə rəsinin yerinə başqa təyinat da artıq olub: “Təyinat da olub, amma onun kim olduğunu bilmirəm. Dilavər Rüstəmxanlı da nazirliyin əməkdaşıdır, yəqin ki, bir müddət başqa rayonda işləyəcək”-deyə o əlavə edib.

Qeyd edək ki, “Qafqazinfo”-nun məlumatına görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə rəis Dilavər Rüstəmxanlı vəzifəsindən azad edib. O, sərəncama götürülüb. Onun yerinə hələlik təyinat olmayıb.

Geri qayıt