Əsas Səhifə > Güney Press / Ana xəbər > Davudoğlu və Azərbaycan…

Davudoğlu və Azərbaycan…


19-09-2014, 14:31
Davudoğlu və Azərbaycan…
DİA.AZ: - В«Azərbaycan bizim üçün bir eşqdir, bir sevdə, bir məhəbbətdir»… Bu sözlərin müəllifi Türkiyənin yeni baş naziri Əhməd Davudoğludur. Əsl türk balası olan Əhməd Davudoğlunun bu sözyləri işlədərkən səmimi olduğuna kimsə şübhə edə bilməz.

Əslində Davudoğlunun baş nazir postuna gəlişi Azərbaycan üçün mühüm bir hadisə hesab olunmalı idi. Doğrudur, Ərdoğan prezident seçiləndən sonra qardaş Türkiyədə üsul-idarə dəyişikliyi də baş verdi. Türkiyə prezident ölkəsinə çevrildi.

Amma istənilən halda Davudoğlunun belə bir mühüm posta gəlişi Azərbaycan üçün ciddi bir hadisədir. Təsəvvür edin, qardaş bir ölkənin ikinci adamı doğma birisi ola…

Bəli, Əhməd Davudoğlu… Türkiyənin Konya şəhərində doğulmuş bu türk balası xarici işlər naziri olduğu 5 illik müddət ərzində Azərbaycanı narahat edən məsələlərdə bir qardaş, bir doğma insan mövqeyini tam çılpaqlığı ilə ortaya qoydu.

Bu gün isə o baş nazirdir.

Azərbaycanı sevən bir insanın belə bir mühüm postda olmasından Azərbaycan mütləq fayda görəcək. XİN başçısı olaraq düşmən Ermənistanla Türkiyə sərhədlərinin açılması ideyasına şəxsən etirazlarını bildirən Əhməd Davudoğlunun bundan sonrakı müddət boyunca eşqini gizlətmədiyi Azərbaycanın yanında olacağı heç şübhəsizdir.

Azərbaycan da onu sevəcək…

Azər – DİA.AZ

Geri qayıt