Əsas Səhifə > Güney Press / Ana xəbər > "Lamborghini"nin sahibi daha bir bahalı maşınını satır
"Lamborghini"nin sahibi daha bir bahalı maşınını satır19-09-2014, 12:50 |
|
Bakıda 650 minlik "Lambarcini aventador" markalı maşınla universitetə gedən tələbənin daha bir bahalı avtomobili üzə çıxıb. “Qafqazinfo” xəbər verir ki, avtomobillərin online satışını həyata keçirən saytlardan birində dünən görüntülənən maşının nömrəsi ilə eyni olan, yəni üzərində “10-LN-200” dövlət nömrə nişanlı “Maserati” markalı avtomobilinin satış elanı yerləşdirilib. “Şərur” MTK-nın sədri “Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsus olduğu bildirilən həmin maşın 130 min dollara satışa çıxarılıb. “Qafqazinfo”nun əməkdaşı elanla maraqlanıb. Məlum olub ki, sentyabrın 10-da yerləşdirilən elanda maşının üzərindəki nömrə artıq çıxarılıb və avtomobil nömrəsiz satılır. Bu arada onu da bildirək ki, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundov “instagram”da "Lambarcini aventador"un fotosunu paylaşaraq “Mənim yeni maşınım” bildirişini vermişdi. Aydın görünür ki, o, yeni maşın aldığı üçün köhnə maşını satışa qoyub və üstündəki nömrəni isə yeni avtomobilinin üzərinə vurub. Bu da bir daha maşının onlara məxsus olduğunu göstərir. Xatırladaq ki, İsfəndiyar Axundov “Bizim Yol”a açıqlamasında sözügedən maşının oğluna məxsus olmadığını bildirmişdi. Lakin yazdığımız bu məlumatlar əsl həqiqəti üzə çıxarıb. Geri qayıt |