Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiyada azərbaycanlı boksçu yol qəzasında həlak olub

Rusiyada azərbaycanlı boksçu yol qəzasında həlak olub


18-09-2014, 11:01
Rusiyada azərbaycanlı boksçu yol qəzasında həlak olub
Baş verən yol nəqliyyat hadisəsi nəticəsində Kaluqa vilayətində 26 yaşlı azərbaycanlı boks çempionu, idman ustalığına namizəd, məşqçi,”AMOR-Kaluqa” yığma komandasının qapıçısı, Kaluqa şəhər AMOR (Rusiyanın Azərbaycan gənclər təşkilatı) regional bölməsinin əsasını qoyanlardan biri Mirqasım İsayev həlak olub.

AMOR regional şöbə sədri və Kaluqa şəhər Azərbaycan milli-mədəni muxtariyyəti (AMMM) rəhbəri –Əli Cavadov, Əliş Nuriyev və Mahir İmanov şəxsində Mirqasımın dostlarına və yaxınlarına başsağlığı veriblər. Vida mərasimi dünən 11:30-da Kaluqa vilayət məhkəmə tibbi ekspertizası bürosu binasında baş tutub.

Allah rəhmət eləsin!

Rusiyada azərbaycanlı boksçu yol qəzasında həlak olub
Rusiyada azərbaycanlı boksçu yol qəzasında həlak olub

Geri qayıt