Əsas Səhifə > Güney Press / Ana xəbər > Fəaliyyətsiz qurum: Ticarət və Sənaye Palatası
Fəaliyyətsiz qurum: Ticarət və Sənaye Palatası17-09-2014, 16:57 |
![]() Bütün dünyada Ticarət və Sənaye Palataları ciddi təsir imkanlarına malik olsa da, Azərbaycanda bu qurum faktiki olaraq formal fəaliyyət göstərir. Hətta o qədər formal ki, müxtəlif dövlətlərlə ortaq Sənaye və Ticarət Palatalarının fəaliyyəti belə bu qurumdan aktivdir. Editor.az Azərbaycan Ticarət və Sənaye Palatasının hansı səbəbdən passiv fəaliyyət göstərməsi ilə bağlı qurumdan informasiya almağa çalışıb. Əməkdaşımız bu məqsədlə Palataya müraciət etsə də, orada yerində olan bir məmur belə tapa bilməyib. Palatanın vitse-prezidenti Niyaz Əlizadənin köməkçisi N. Əlizadənin yerində olmadığını deyərək, bizə Palatanın digər vitse-prezidenti Adil Hüseynova əlaqə salmağa məsələhət görüb. Öz növbəsində Adil Hüseynovun köməkçisi də Adil müəllimin yerində olmadığını, ümumiyyətlə bu günlərdə işdə olmayacağını bildirib. Əməkdaşımızın “Palatada mətbuatla təmasları kim koordinasiya edir” sualına cavabında Palatadan deyildi ki, onlarda belə bir təsisat yoxdur və mətbuatla heç kim işləmir. Xatırladaq ki, Azərbaycan Ticarət və Sənaye Palatası 1992-ci ildən fəaliyyət göstərir. Uzun müddət quruma Baş Nazirin sabiq müavini İbrahim Tatlıyev rəhbərlik etsə də, onun vəfatından sonra Palata xeyli müddətdir başsız qalıb. Geri qayıt |