Əsas Səhifə > Güney Press / Ana xəbər > Novxanı sakinləri Allahın ümidinə buraxılıblar

Novxanı sakinləri Allahın ümidinə buraxılıblar


16-09-2014, 13:37
Novxanı sakinləri Allahın ümidinə buraxılıblar
Aktual.az-ın elektron poçtuna daxil olan şikayətdə Novxanı kənd sakinləri bildirirlər ki, ərazidə qanuni və qanunsuz yolla tikilmiş evlərə elektrik naqilləri kortəbii şəkildə çəkildiyindən tez-tez qəza baş verir və bunun da əziyyətini qaranlıqda qalan sakinlər çəkməli olurlar.

Onların sözlərinə görə, dəfələrlə şikayətlərinə reaksiya olmadığı üçün problemlərini mətbuat vasitəsi ilə aidiyyatı qurumlara çatdırmaq istəyirlər:
“Kəndin elektrik naqillərinin yaşı kəndin yaşından çoxdur. Yeni tikilən evlərə də elektrik xətləri kortəbii şəkildə çəkildiyindən tez-tez qəza baş verir, günlərlə qaranlıqda qalmalı oluruq. Dəfələrlə şikayət etmişik, nəticəsi yoxdur. Xətlərdəki nasazlıq ucbatından qısa qapanmalar baş verən zaman evdəki məişət əşyalarımız yararsız hala düşür. Həm mənəvi, həm də maddi cəhətdən ziyan çəkirik. Xahiş edirik problemimizi həll etsinlər. Təhlükəli vəziyyətdə yaşayırıq”.

Sakinlər elektrik xətlərinin vəziyyətini diqqətə çatdırmaq üçün Aktual.az-ın elektron poçtuna fotolar göndəriblər. Fotolarda elektrik naqillərinin təhlükə mənbəyi olduğu açıq şəkildə görünür.



Geri qayıt