Əsas Səhifə > Güney Press / Ana xəbər > Sahibkardan Müdafiə Nazirliyi rəsmilərinə qarşı şok ittihamlar!
Sahibkardan Müdafiə Nazirliyi rəsmilərinə qarşı şok ittihamlar!16-09-2014, 13:31 |
![]() Azərbaycanda tenderlərin nəticələrinin əvvəlcədən müəyyən edildiyi, daha səmərəli təkliflərlə çıxış edən şirkətlərin deyil, “yuxarıdan” tapşırılanların və ya tələb olunan rüşvəti verənlərin qalib çıxarıldığı haqda çox yazlıb. Bu, demək olar ki, bütün sahələrdə neçə illərdir işləyən yazılmamış bir “qanun”dur. Bu “qanunun” dəyişdirilməməsi bir tərəfdən ölkədə ədalətli iqtisadi rəqabət mühitinin formalaşmasının qarşısını alırsa, digər tətəfdən də hər il büdcədən 100 milyonlarla manat vəsaitin şəxsi ciblərə axmasına səbəb olur. İş adamlarının bu vəziyyətlə bağlı şikayətlərinə işə baxan tapılmır. Elə iştirak etdiyi tenderlərdəki qanunsuzluqlarla bağlı az qala döymədyi qapı, şikayət etmədiyi ünvan qalmayan “Göyçay Tikiş” ASC-nin sədri Tahir Məmmədov da belələrindədir. Onun, surətini “AzPolitika.info”ya da göndərdiyi Prezident İlham Əliyevə və müdafiə naziri Zakir Həsənova yazdığı şikayət ərizələrindən məlum olur ki, indiyə qədər çox yerə müraciət edib. Ancaq bütün şikayətləri baxılmaq üçün Müdafiə Nazirliyinə göndərilib. Ordan isə səs çıxmayıb. Bu üzdən də Tahir Məmmədov bu dəfə şikayətini həm də mətbuat vasitəsilə Prezident və müdafiə nazirinin diqqətinə çatdırmaq istəyib. ![]() Tahir Məmmədov ərizəsində bildirir ki, Müdafiə Nazirliyinin 2014-ci il üçün əşya-əmlak satın alınması üzrə 10 dekabr 2013-cü ildə keçirdiyi tenderdə “Göyçay Tikiş” ASC 32-ci lot üzrə iştirak edib: “Tenderdə ən aşağı qiymət verərək qalib gəlmişik. Bizim giymətlərimiz aşağıdakı kimiydi: Döşək ağı (214*120) 109 000 x 3 man.80 qəp. = 414 200 AZN Döşək ağı (260*140) 50 000 x 5 man.00 qəp. = 250 000 AZN Balış üzü (60*50) 109 000 x 1 man. 40 qəp. = 152 600 AZN CƏMİ: 816 800 AZN Həmin tenderdə iştirak edən “Bakı Tikiş Evi” ASC isə aşağıdakı təkliflərlə çıxış etmişdir: Döşək ağı (214 * 120) 109 000 x 4 man. 62 qəp. = 503 580 AZN Döşək ağı (260 * 140) 50 000 x 5 man. 70 qəp. = 285 000 AZN Balış üzü (60 * 50) 109 000 x 1 man. 75 qəp. = 190 750 AZN CƏMİ: 979 330 AZN” ![]() Göründüyü kimi, “Göyçay Tikiş” ASC-nin təklifləri daha sərfəli olub. Ancaq Müdafiə Nazirlyi tenderin qalibi kimi, “Bakı Tikiş Evi” ASC-ni seçib. Göyçay Tikiş” ASC-nin sədri Tahir Məmmədov bunun səbəbini məktubunda belə açıqlayır:“Müdafiə Nazirliyi əşya xidmətinin rəisi Elman Şıxəliyev bizim təklifin “Bakı Tikiş Evi” ASC-nin təklifindən 162 530 AZN aşağı olduğunu görərək, 8 ildə istifadə etdiyi laboratoriya firıldağına əl atdı. Laboratoriya vasitəsilə bizim nümunənin dövlət standartlarına uyğun olmadığına dair rəy təşkil etdi. Habuki, biz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümunələrin dövlət standartlarına uyğun olduğu haqda sertifikatını təqdim etmişdik. Ancaq Elman Şixəliyev buna məhəl qoymayaraq, laboratoriyadan heç bir arayış verilməməsini təşkil etdi. Bazanın müdiri Şahin Şamilova 11 dekabr 2013-cü il 158 nömrəli məktubla müraciət etdik ki, bizim nümunələrin niyə uyğun olmaması haqqında yazılı sürətdə cavab verilsin. Bu günə kimi cavab ala bilməmişik. Soruşuram ki, nəyə görə cavab vermirsiniz, deyir, laboratoriyaya Rəhim İskəndərov baxır, mənim ixtiyarım yoxdur. Sizin məktubu da onlara göndərmişik. ![]() Əslində isə Elman Şixəliyev 10 dekabr 2013-də keçirilən tenderi də əvvəlki 8 ildəki kimi yekunlaşdırdı. Sifarişlər yenə də yüksək giymətlərlə “Bakı Tikiş Evi” ASC və “Bakı Əyrici Toxucu” ASC arasında bölüşdürüldü. Elman Şixəliyev əlaltıları ilə 8 ildə nail olduğu “əməllərinə” bu tenderdə də nail oldu. Soruşanda da deyir, hamsını İskəndərov Rəhim edib, o bölüşdürüb. Xahiş edirəm bizim nümunələrin laboratoriya rəyinin uyğun olmaması haqqında arayışın verilməsini təmin edəsiniz. Bu tenderlərin keçirilməsinə nəzarət edəsiniz. Bizim yazdığımız şikayət ərzələrimizə cavab verəsiniz”. Qeyd ediyimiz kimi, bu, “Göyçay Tikiş” ASC-nin sədri Tahir Məmmədovun Müdafiə Nazirliyinin əşya-əmlak satın alınması üzrə keçirdiyi sonuncu – ötənilki tenderdə üzləşdiyi qanunsuzluqlar barədə şikayət ərizəsidir. Onun Prezidentə “Göyçay Tikiş ASC-nin 200 nəfərlik kollektivi adından yazdığı şikayət ərizəsində isə əvvəlki illərdə tenderlərdə baş verən qanunsuzluqlara və korrupsiya faktlarına toxunulur. Tahir Məmmədovun yazdığına görə, “Göyçay Tikiş” ASC 2000-ci ildən Müdafiə Nazirliyinin əşya-əmlak satın alınması üzrə keçirilən tenderlərində iştirak edir: “2000-ci ildən 2006-cı ilədək və 2011-ci ildə tenderdə qalib olmuşuq. Qalib olduğumuz tenderi vaxtında keyfıyyətli məhsullarla təmin etmişik. Müdafiə Nazirliyi əşya xidmətinin rəisi Elman Şıxəliyev işində olan ciddi nöqsanlara görə işdən çıxarılmışdır. 2006-cı ildən yenidən əşya xidmətinin rəisi təyin olunan Elman Şıxəliyev, Arxa Cəbhə İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Piri İsrafilovla birləşərək tenderlərin düzgün, şəffaf keçirilməsinə son qoydular. Qiymətlər dəhşətli dərəcədə artırılaraq, laboratoriya rəyi altında öz istəklərini həyata keçirməyə, büdcəni dağıtmağa başladılar”. Tahir Məmmədov dediklərinin sübutu üçün konkret iddialar irəli sürür: “14.04.2011-ci il tarixdə keçirilən əşya-əmlak satın alınması üzrə tenderi aşağıda göstərildiyi kimi bölüşdürdülər: 1, 2, 3, 4, 5, 7, 8-ci LOT – “Baki Tikiş Evi” ASC; 9-cu LOT “Anderson” müəssisəsi; 6-cı LOT isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanlanan 13.05.2011-ci il tarixli 149 saylı məktubda göstərilənlərdən çəkinərək “Göyçay Tikiş” ASC-yə verildi. Lakin onlar başqa yolla bu LOT-u ləğv etmək üçün Maliyyə Nazirliyindəki dostları – şöbə müdiri Rafiqlə əlbir olaraq, 6-cı LOT-un ləğv olunmasına rəy aldılar. Agentliyə şikayət edib onların əsassız rəy verdiklərini sübut etdikdən 1 ay sonra müqavilə bağladıq. Bir çox maneələr törətmələrinə baxmayaraq, vaxtında və keyfiyyətli mal təhvil verdik. 2010-cu ildə “Baki Tikiş Evi” ASC tərəfindən qış səhra kostyumu, fraşka ilə birlikdə, 16 manat 52 qəpiyə hazırlanıb təhvil verilmişdi. 2011-ci ildə isə “Göyçay Tikiş” ASC tərəfındən eyni mallar 11 manat 90 qəpiyə hazırlanıb təhvil verildi. Bununla da sübut etdik ki, biz daha aşağı qiymətə eyni malları hazırlaya bilərik. Belə ki, 2010-cu ildə “Baki Tikiş Evi” ASC-yə 60 000 ədəd fraşka ilə birlikdə qış səhra kostyumu üçün (60 000 ədəd x 16 manat 52 qəpiyə) 991 200 manat ödənib. 2011-ci ildə eyni həcmdə mal üçün bizə (60 000 ədəd x 11 manat 90 qəpiyə) cəmi 714 000 manat ödənilib. Yəni, 2010-cu ildə 277 200 manat büdcə vəsaiti israf edilib, ya da korrupsionerlər tərəfindən mənimsənilib. 5hh. Qəribə də olsa 2011-ci ildə 5 ci LOT üzrə sifarişi yerinə yetirən “Baki Tikiş Evi” ASC yay səhra kostyumunun belə bir ədədini 13 manat 40 qəpikdən hazırlamışdı. Halbuku, “Göyçay Tikiş” ASC eyni malı 10 manat 50 qəpikdən hazırlamağı təklif etmişdi. Beləliklə, yuxarıda adlarını çəkdiyim şəxslər sifarişi “Baki Tikiş Evi” ASC-yə verməklə, dövlətə külli miqdarda zərər vurmuşlar. Belə ki, həmin il 100 000 ədəd yay səhra kostyumunun hazırlanması sifariş edilmişdi. Bunun üçün “Baki Tikiş Evi” ASC-yə (100 000 ədəd x 13 manat 40 qəpik) 1 340 000 manat ödənmişdi “Göyçay Tikiş” ASC isə bunun üçün (100 000 ədəd x 10 manat 50 qəpik) 1 050 000 manat tələb etmişdi. Yəni, bir LOT-da ortaqlar tərəfindən dövlət büdcəsindən 290 000 manat pul mənimsənilmişdir. Bu cür faktlar bütün LOT-larda təkrar olunmuşdur. 2012-ci ildə keçirilən əşya əmlakının satın alınması üzrə tenderə 33 LOT çıxarılmışdır. Biz 32-ci lot üzrə tenderdə iştirak edirdik. Yenə də Elman Şıxəliyev və Piri İsrafilov köhnə əməllərini işə salaraq, laboratoriya rəyinə əsasən, 15 lotu (1,2,3,4,5,6,7,9,10,21,22,23,29,31,33) “Baki Tikiş Evi” ASC-yə verdi. Trikotaj üzrə 13,14,15,17,18,19 saylı LOT-lar isə laborotoriya rəyinə əsasən, “Bakı Əyrici Toxuyucu” ASC-yə verildi. “Kompas” müəssisəsinə laboratoriya rəyinə əsasən, 10, 20, 26, 27 saylı LOT-lar verildi. Ayaqqabı üzrə 24,25,28 saylı LOT-lar isə “Bot”a verilərək öz çirkin əməllərinə nail oldular. Tenderdə bizim iştirak etdiyimiz 32-ci LOT-u uduzacaqlarını, bizdə qiymətin aşağı və keyfiyyətli nümunə olduğunu bilib, təkliflərin verilməməsini təşkil etdilər. İştirak edənlərdən təklif verməyənlər aşağıdakıladır: l. “Baki Tikiş Evi” ASC; 2. “Bakı əyrici Toxucu” ASC; 3.”Gözəl” Müəssisəsi; 4. “Bakı Tikiş Sənayə” ASC; 5.”Ulduz Tekstil” ASC. İştirak edənlərdən təklif verənlər aşağıdakılardır: 1 .”Göyçay tikiş” ASC; 2.Naxçivan Tikiş fabrikası. 1TEN Bununla da yetərsay olmadığından, onlar öz çirkin əməllərinə nail oldular. Sonradan 04.01.2012-ci il tarixdə agentliyə məktub yazaraq, 32-ci LOT-da göstərilən mallara təcili tələbat olduğu üçün tendersiz müqavilə bağlanmasına razılıq aldılar. 21-ci maddəni əsas tutaraq, “Baki Tikiş Evi” ASC ilə müqavilə bağladılar. Lakin 21-ci maddəni diqqətli oxuyanda görünür ki, onlar səhvə yol vermişdilər. “Baki Tikiş Evi” ASC ilə bağladıqları müqavilə aşağıdakı kimidir. - Döşək ağı (214 x 120) 120 000 ədəd x 4 manat 62 qəpiyə = 544 400 manat. – Döşək ağı (260 x 140) 10 000 ədəd x 5 manat 70 qəpik = 57 000 manat. – Balış üzü (50 x 60) 200 000 ədəd x 1 manat 75 qəpik = 350 000 manat. – Yorğan üzü (2.14 x 1.45) 30 000 ədəd x 7 manat 30 qəpik = 219 000 manat. Cəmi: 1 170 400 manat “Göyçay tikiş” ASC-nin verdiyi təklif isə belə idi: - Döşək ağı (214 x 120) 120 000 ədəd x 4 manat 20 qəpik = 504 000 manat. – Döşək ağı (260 x 140) 10 000 ədəd x 5 manat = 50 000 manat. – Balış üzü (50 x 60) 200 000 ədəd x 1 manat 50 qəpik = 300 000 manat. – Yorğan üzü (2.14 x 1.45) 30 000 ədəd x 7 manat = 210 000 manat. Cəmi: 1 064 000 manat Bununla da onlar yenə də büdcədən 106 000 manat artıq pulu mənimsəmişlər. Bu cür bütün 15 LOT-da da büdcədən mənimsəmələr vardır. Bunları sübut etməyə hazıram. ![]() 16 may 2012-ci il tarixdə keçirilən hərbi geyim formasının tikilişi xidmətinin satın alınması üzrə 6 LOT üzrə tender keçirilmişdir. 6 LOT üzrə keçirilən tenderi laborotoriya rəyinə əsasən, yenə də qiymətləri dəhşətli dərəcədə artıraraq, “Bakı Tikiş Evi” ASC-yə verməklə, öz çirkin, rüşvətxor əməllərinə nail oldular. 18.06.2012-ci il tarixdə sabiq müdafiə naziri Səfər Əbiyevə şikayət məktubu yazaraq, bütün bu nöqsanları göstərdik. Lakin bu günə kimi heç bir cavab ala bilmirik. Məktubda göstərilən nöqsanlardan sonra tez 25.07.2012-ci il tarixdə 4/1078 nömrəli məktubla Satınalmalar üzrə Dövlət Agentliyinə müraciət etdilər. Satınalmalar üzrə qanuna zidd olaraq, təcili təlabat olduğu adı ilə birbaşa “Bakı Tikiş Evi” ASC ilə yüksək qiymətə müqavilə bağlanılması üçün Piri İsrafilovun imzası ilə məktub göndərildi. Həmin məktubda gecikdirib saxladıqlari tenderi keçirməyərək, birbaşa müqavilə bağlamağa razılıq verilməsi xahiş edildi. 26.07.2012 19/1327 nömrəli məktubla agentlik qanunsuz olara buna icazə verdi. Bunun üçün aşağıdakı istiqamətlər üzrə pul ayrıldı. 1.Kamuflyaj rəngli yay səhra kostyumu furaşka ilə 70 000 ədəd x 13 manat 40 qəpik = 938 000 manat. 2. Qış səhra kostyumu furaşka ilə 80 000 ədəd x 11 manat 90 qəpik = 952 000 manat. 3. Kamuflyaj rəngli istiləşdirilmiş gödəkcə 70 000 ədəd x 20 manat 85 qəpik = 1 459 500 manat. 4. Kamuflyaj rəngli istiləşdirilmiş səhra şalvarı 5 000 ədəd x 14 manat 65 qəpik = 73 250 manat. Birbaşa müqavilənin ümumi dəyəri 2 484 750 manat olmuşdur. Satınalmalar üzrə qanuna əsasən, 50 000 manatdan artıq məbləğ tenderə çıxarılmalıdır. Yenədə Elman Şıxəliyev və Piri İsrafılov öz məqsədlərinə birbaşa müqavilə bağlayaraq nail oldular. Bu da böyük miqdarda büdcə vəsaitinin mənimsənilməsi ilə nəticələnmişdi. Belə ki, yay səhra kostyumuna bizim təklif etdiyimiz qiymət (70 000 x 10 manat 50 qəpik) 735 000 manat idi. Yəni bu LOT üzrə büdcədən 203 000 manat mənimsənilmişdir. Qış səhra kostyumunu isə, gözdən pərdə asmaq üçün 11 manat 90 qəpiyə vermişlər. Kamuflyaj rəngli istiləşdirilmiş gödəkçəyə bizim təklif etdiyimiz qiymət (70 000 ədəd x 12 manat 85 qəpik) 899 500 manat idi. Bu lot üzrə büdcədən 560 000 manat artıq pul mənimsənilmişdir. Qış kostyumunda qazanmadıqlarının əvəzini gödəkcədə çıxmışlar. Kamuflyaj rəngli istiləşdirilmiş şalvar 5000 x 10 manat = 50 000 manat. Bu LOT-da da büdcədən 23 250 manat mənimsənilmişdir. Beləliklə, birbaşa müqaviləyə əsasən, büdcədən 786 250 manat əlavə vəsait xərclənmişdir. Bu vəsait ya işbazların cibinə gedib, ya da Elman Şıxəliyev və Piri İsrafilov tərəfindən mənimsənilmişdir. Belə faktlar əgər yoxlanılsa hər bir LOT-da açıq-aydın ortaya çıxar”. “Göyçay Tikiş” ASC-nin sədri ərizəsində Müdafiə Nazirliyinin 2013-cü il üçün keçirilən əşya-əmlak tenderinə ümumiyyətlə buraxılmadığını yazır: “Müdafiə Nazirliyinin 2013-cü il üçün keçirilən əşya-əmlakın satın alınması üzrə tenderdə iştirak etmək üçün tender komissiyasına sənədlərimizi təqdim etmək istədik, lakin tender komissiyasının sədri bildirdi ki, sizin sənədləri qəbul edə bilmərəm. Səbəbini souşduqda dedi ki, rəisim Elman Şıxəliyev belə əmr verib. Elman Şıxəliyev bildirib ki, xüsusi orqanlardan “Göyçay tikiş” ASC-nin tenderə buraxılmaması tapşırılıb. Bir neçə dəfə sənədləri verməyə cəhd etdik, lakin qanunsuz olaraq sənədləri qəbul etmədilər. Bununla əlaqədər tender komissiyasına məktubla müraciət edərək, hansı orqanın tapşırığı və nə əsasla icazə verilmədiyi barədə yazılı cavab vermələrini xahiş etdik. Lakin bu günə kimi məktubumuza cavab verilməyib. Qeyd edim ki, 2013-cü ildə keçirilən tenderi də E. Şıxəliyev istədiyi kimi bölüşdürdü! Onlardan nə üçün belə etdiklərini soruşduqda, Elman Şıxəliyev deyir: “Get hara şikayət edirsən et, boş yerə özünüzü yormayın, bizə gücünüz çatmaz. Onsuz da məktubu mənim üstümə göndərəcəklər. Qoy sizə şikayət etdiyiniz prezidentiniz iş versin”. Tahir Məmmədov daha sonra yazır: “Elman Şıxəliyev və Piri İsrafilov öz qanunsuz əməllərini örtmək üçün Müdafiə Nazirliyinə göndərilən məktublara baxılmasının qarşısını alır. Büdcəyə milyonlarla ziyan vururlar. Təəssüflər olsun ki, Müdafiə Nazirliyinin keçmiş rəhbərliyi buna göz yumurdu… Bildiririk ki, 200 nəfərlik kollektivin səbri tükənib, işsizik… Bunları yazaraq 200 nəfərlik kollektiv sizdən xahiş edir ki, bu rüşvətxorların kökünü kəsəsiniz. Bəlkə onda bu kollektiv rahat işləyə bilsin. Sizin bu haqda düzgün qərar verəcəyinizə inanırıq və altı ildə büdcəyə ziyan vuranların cəzalandırılmasını Sizdən xahiş edirik”. Qeyd olunanlarla bağlı Müdafiə Nazirliyinin, eləcə də yazıda adları keçən şəxslərin və müəssisələrin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |