Əsas Səhifə > Güney Press / Ana xəbər > Vəhhabilər və nurçular ətrafına nə qədər elektorat toplaya bilib?
Vəhhabilər və nurçular ətrafına nə qədər elektorat toplaya bilib?15-09-2014, 16:12 |
|
"Düşünürəm ki, vəhhabilər və nurçularla bağlı yayılan yeni söhbətlər süni gündəm yaratmaq üçün ortaya atılmış bir addımdır". Bu barədə Hafta.az-a açıqlama verən politoloq Fərhad Mehdiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının dünən nurçu və vəhhabilərlə bağlı dediklərinə aydınlıq gətirib. Fərhad Mehdiyev deyib ki, Mübariz Qurbanlının sözlərində həqiqət tərəfi çoxdur: ”Həm Azərbaycan xalqı, həm də dövlət bu məsələdə birmənalı olaraq oturuşmuş psixologiyaya malikdir. “Təbliğ olunan” və ekstemist səciyyəli dini cərəyanlara münasibəti mənfidir. Xalqımız öz keçmişdən gələn dini ənənələrində mühafizəkarlıq göstərir”. Politoloq həmçinin bildirib ki, cəmiyyətdə yenidən müzakirəyə çıxarılan bu məsələnin arxasında başqa maraqlar var: “Düşünürəm ki, bu süni gündəm yaratmaq üçün ortaya atılmış bir addımdır”. Fərhad Mehdiyev Mübariz Qurbanlının dediyi “məzhəbləri” yaymaq istəyənlər özlərinə tərəfdar toplaya bilmir” ifadəsi ilə tam razılaşmadığını da vurğulayıb: “Azərbaycanda nurçu yoxdur demək üçün hamını dindirmək lazımdır. “Bunun üçün hamıdan soruşmaq lazımdır ki, nurçudurlar, ya yox. Mübariz Qurbanlı bunu edibmi? Bəs aprel ayında bu adla həbs olunanlar kim idi? Bu nə dərəcədə doğru fikirdir bilmirəm. Amma fakt odur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri odur”. Bundan başqa, politoloq qeyri–qanuni fəaliyyət göstərən dini cərəyanların üzvlərinin tez–tez həbsi və bir müddətdən sonra mühakiməsiz buraxılmasına da münasibət bildirib: “Hər şey dövlət tərəfindən nəzarətdədir. Hətta onların telefon danışığına kimi dinlənilir. Ən əsası, onların tutulub sonradan azad edilməsinin arxasında bir fakt dayanır. Cəmiyyətdə bu cərəyanlara qarşı etirazlar güclənəndə dövlət onun qarşısını alır və ara sakitləşəndə buraxır”. Xatırladaq ki, dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vəhhabilərdən və nurçularla bağlı mediaya açıqlama vermişdi. Mübariz Qurbanlı bildirmişdi ki, “onlar nə qədər çalışsalar da, özlərinə tərəfdar toplaya bilmirlər". Geri qayıt |