Əsas Səhifə > Güney Press / Ana xəbər > Narazı müəllimlər Mikayıl Cabbarovu bu məktəbə dəvət etdilər
Narazı müəllimlər Mikayıl Cabbarovu bu məktəbə dəvət etdilər15-09-2014, 12:01 |
|
Bu gün ilk dərs günüdür. Son illər təhsil sahəsində aparılan yeniliklərə baxmayaraq, hələ də bu sahədə kifayət qədər problem var. Əsas problemlərdən biri də tədris ocaqlarının istifadəyə yararsız olmağıdır. Sözügedən problemlə bağlı Tovuz rayonu, Aşağı Quşçu kənd İsmayıl Mürşüdov adına məktəbin bir qrup müəllimi təhsil naziri Mikayıl Cabbarova dəhşət dolu şikayət məktubu ünvanlayıblar. FaktXəbər-in məlumatına görə, şikayət məktubunda bildirilir ki, dərs keçdikləri tədris ocağı çox bərbad gündədir: "Hörmətli nazir! Bizim dərs dediyimiz tədris ocağının artıq 35 yaşı var. Bu tədris ocağı Azərbaycana neçə-neçə savadlı mütəxəssis verib. Amma indi məktəbin vəziyyəti çox acınacaqlıdır. Ümid edirdik ki, yeni tədris ilində məktəbə bir qədər əl gəzdiriləcək, ancaq yanılmışıq. Ötən tədris ilindən pəncərələrə şüşə əvəzinə vurulan kartonlar da yerindədir, qaranlıq dəhlizlərin qırıq taxtaları da. Təsəvvür edin ki, dəhlizlərdə yeridikdə adam qorxur ki, birdən qaranlıqda ayağı qırıq döşəmənin arasına düşüb sınar. Bəzi siniflərdə müəllimin oturması üçün stul belə yoxdur. Hələ biz qırıq lövhələrdən, yarımqaranlıq siniflərdən, adı laboratoriya olan boş otaqlardan, xəritəsiz tarix, coğrafiya siniflərindən danışmırıq. Qarşıdan qış fəslinin gəldiyini nəzərə alsaq, bizi hər il olduğu kimi bu il də hansı məşəqqətlərin gözlədiyini bilirik. Çünki Sovet İttifaqı dağıldıqdan bu məktəbdə istilik sistemi olmayıb. Kənddə qaz olmasına baxmayaraq, məktəbin qazanxanası işləmir və qışda soyuğa görə davamiyyət olduqca aşağı düşür. Sinif otaqlarına qışda odun sobası qoyulur, amma o da siniflərin isidilməsiondən başqa hər şeyə xidmət edir. Hörmətli nazir! məlumat almışıq ki, yaxın vaxtlarda Tovuz rayonuna səfəriniz planlaşdırılır. Çox xahiş edirik, rayona gəldikdə, elə yolüstü olaraq bizim kənddən keçdikdə bu məktəbə də baş çəkərdiniz." Geri qayıt |