Əsas Səhifə > Güney Press / Ana xəbər > Slavyan Universitetini pula görə məhkməyə verdi

Slavyan Universitetini pula görə məhkməyə verdi


10-09-2014, 12:21
Slavyan Universitetini pula görə məhkməyə verdi
Bakı Slavyan Universiteti məhkəməyə verilib. Bu barədə Lent.az-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib. Belə ki Həsənova Nərgiz adlı vətəndaş adıçəkilən ali məktəbi ödənilmiş təhsil haqqının geri qaytarılması iddiası ilə məhkəməyə üz tutub.

Bundan başqa, Təhsil Nazirliyi də məhkəməyə verilən qurumlar sırasındadır. Xəlilova Aytac adlı vətəndaş nazirliyi iddiaçının adına Dağıstan Dövlət Universiteti (Bakı filialı) tərəfindən verilmiş diplomun qanuni sayılaraq Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə verilib.

Geri qayıt