Əsas Səhifə > Güney Press / Ana xəbər > Avtoşların ŞOK qəzası: sürücü maşından asfalta çırpıldı
Avtoşların ŞOK qəzası: sürücü maşından asfalta çırpıldı8-09-2014, 09:58 |
|
Daxili İşlər Nazirliyinin В«Təhlükəsiz şəhərВ» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin Kameraları vasitəsilə qeydə alınan hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində baş verib. Kadrlardan görünür ki, ağ rəngli В«VAZ-2107В» markalı nəqliyyat vasitəsi sağ tərəfdən Rəşid Behbudov küçəsinə daxil olub və üzü В«Təzə bazarВ» istiqamətə getmək istəyir. Lakin bu anda Rəşid Behbudov küçəsi ilə yüksək sürətlə hərəkət edən boz rəngli minik maşını В«07В»nin ön tərəfindən vurub onu yerindən oynadır. Kadrlara diqqətlə baxdıqda görürük ki, В«07В»nin getliyi istiqamətdə svetoforun yaşıl işığı yanır. Amma kamera fırlandığı üçün yaşıl işığın sönüb-sönmədiyi görünmür. Bir qədər də diqqət etdikdə isə daha dəşhətli mənzərə ortaya çıxır. Məlum olur ki, В«07В»ni vuran avtomobil qırmızı işıqdan keçir. Elə onun yanındakı ağ rəngli В«NivaВ» da eyni hərəkəti təkrar edir. Səbəb isə sadədir; onlar avtoşluq edirlər və bir-biri ilə yarışa çıxıblar. Onların sürətlə hərəkət etdiyi və sağdan və soldan ötüb keçməyə çalışdıqları açıq-aydın görünür./Avtosfer Geri qayıt |