Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > 1-ci Qarabağ savaşında ağır yaralanan Ağdaş sakini haqqını arayır

1-ci Qarabağ savaşında ağır yaralanan Ağdaş sakini haqqını arayır


5-09-2014, 15:00
1-ci Qarabağ savaşında ağır yaralanan Ağdaş sakini haqqını arayır
DİA.AZ: - Ağdaş rayonunun Kotanarx kəndi sakini Həsənov Faiq Bədrəddin oğlu redaksiyamıza üzləşdiyi problemlə bağlı müraciət ünvanlayıb. DİA.AZ xəbər verir ki, müraciətin mətnində Ağdaş sakini müharibədə iştirak etməsinə rəğmən status ala bilməməsindən gileylənir:

“1993-cü ilin 18 oktyabr tarixində həqiqi hərbi xidmətə çağrılıb, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb, hərbidən təxris edilsəm də, indiyə qədər mənə nə Qarabağ müharibəsi əlili və yaxud da müharibə veteranı statusu verilmir.

18.10.1993-cü il tarixdə Ağdaş rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışam. “N” saylı hərbi hissədə 18 gün qulluq etdikdən sonra digər hərbi hissəyə keçirilib döyüşlərə qatıldım. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşdum. Döyüş yollarım Fizuli, Murovda olub.

16.mart 1994-cü il tarixdə başımdan aldığım güllə yarasına görə Gəncədə yerləşən Hospitala gətirildim. 2-aylıq müalicədən sonra hərbiyə yararsız kimi təxris edildim. Bütün qanunu sənədlərimin olmasına və döyüş yoldaşlarımın bunu təsdiq etmələrinə baxmayaraq indiyə qədər əlillik və yaxud veteran statusu ala bilmirəm.

Müdafiə Nazirliyinə və digər orqanlara etdiyim müraciətlərə başdansovdu, yalan cavablar verilir. İstənilən rüşvəti versəm, mənə ya Qarabağ müharibəsi əlili, ya da veteranı statusu verilər. Ancaq himayəmdə olan 3-azyaşlı uşaqlarımı güclə dolandırıram. Maddi imkanım yoxdur. Torpaqlarımızın azadlığı uğrunda canımdan keçməyə həmişə hazıram.

Mətbuat vasitəsi ilə Ali baş komandan Prezident cənab İlham Əliyevə, Müdafiə naziri cənab Zakir Həsənova və Şəxsi Heyət Baş İdarəsinin rəisi cənab Kərim Vəliyevə müraciət edib xahiş edirəm, mənim Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib yaralanıb hərbidən təxris edildiyimi nəzərə alıb qanunu statusla təmin olunmağıma köməklik göstərəsiniz”.

Geri qayıt