Əsas Səhifə > Güney Press / Ana xəbər > İŞİD-in lideri öldürülməyib
İŞİD-in lideri öldürülməyib4-09-2014, 15:44 |
![]() İraq və Suriyada durum ağır olaraq qalır və “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror təşkilatına müqavimət göstərəcək qüvvə yoxdur. Bunu Turan-a Kərkükdəki mənbələrə isnadən bildiriblər. Kərkükdəki mənbələr terror qrupunun işğal etdiyi bölgələri əlində saxladığını, sadəcə başqa yeni əraziləri qəsb etmədiyini nəzərə çatdırıb. İraq türkmənləri yaşayan Mosul bəndi ətrafındakı Amirli kəndi və daha bir neçə kənd azad edilib. Bu da terror qüvvələrinin bəndə nəzarətini itirməsi üçün edilib. Bu il avqustun ortalarında ABŞ İŞİD mövqelərini bombaladığı zaman terror təşkilatının lideri Əbu-Bəkr Bağdadinin qətlə yetirildiyi haqda infromasiayalar da mənbə tərəfindən təkzib olunub. Belə xəbərlərin vaxtaşırı yayıldığı, amma təsdiqini tapmadığı vurğulanıb. Geri qayıt |