Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azərbaycan Dəmir Yolları” və Yasamal RİH məhkəməyə verildi

“Azərbaycan Dəmir Yolları” və Yasamal RİH məhkəməyə verildi


4-09-2014, 11:16
“Azərbaycan Dəmir Yolları” və Yasamal RİH məhkəməyə verildi
“Azərbaycan Dəmir Yolları” QSC məhkəməyə verilib. Lent.az-ın Bakı Apelyasiya Məhkəməsinə verilən məlumata görə, Vəliyev Həsən adlı vətəndaş “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri lokomotiv deposundən şikayətçidir. Vətəndaş qurumdan aktda dəyişiklik edilməsi və zərərə görə ödəncin ilk gündən hesablanmasını tələb edir.
Qasımov Murad adlı vətəndaş isə Yasamal Rayon İcra Hakimiyyətindən məhkəməyə verilib. M. Qasımov İH-dən tələbi sərəncam və orderin ləğv edilməsidir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də məhkəməyə verilən qurumlar sırasındadır. “Şölen Çikolata Gıda Sanayi ve Ticaret Anonim” şirkəti əmtəənin ticari dövriyyəsinə, o cümlədən topdan və pərakəndə satışına qadağa qoyulması, vurulmuş zərərin əvəzinin ödənilməsi iddiası ilə Dövlət Komitəsini məhkəməyə verib.

Geri qayıt